Eli Qutman: “Azərbaycan millisi yaxşı qurulmuş komandadır”

24.08.2012 | 4806 dəfə oxunub


Sentyabrın 7-də Dünya Çempionatı-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda millimizin qonağı olacaq İsrail yığmasının baş məşqçisi Eli Qutman müsahibə verib. Stadium.az Qutmanın İsrail mətbuatına verdiyi müsahibəni təqdim edir:

 

- Sentyabrda Dünya Çempionatının seçmə mərhələsi start götürəcək. Turnirə hazırsınızmı?

- Bizim komandada superulduz yoxdur. Hansısa futbolçunun fərdi oyununa deyil, komanda oyununa üstünlük veririk. Bunun üzərində çox işləyirik. Kənardan baxanda modern üslubda tamaşa üzərində çalışdığımız görünür.

- Qarşıdakı seçmə mərhələdə hansı taktiki sxemə üstünlük verəcəksiniz?

- Bizim üçün konkret oyun sxemi yoxdur. İstəsək 4-4-2 oynayarıq, istəsək 4-3-3.

- DÇ-2014-ün seçmə mərhələsində ilk oyunu Azərbaycan yığmasına qarşı keçirəcəksiniz. Bu matç haqda nə düşünürsünüz?

- Heç kim Azərbaycan millisi ilə oyunun nə dərəcədə çətin olacağını tam reallığı ilə dərk edə bilməz. Bu yığma çox təşkilatlanmış, yaxşı qurulmuş komandadır. Əlbəttə, Bakıya yaxşı nəticə qazanmaq üçün gedəcəyik. Buna nail olmaq üçün oyunun tempinə nəzarət edib, topla daha yaxşı rəftar etməliyik.

- Seçmə oyunlarda heyətdə dəyişikliklər çox olacaq?

- Avqustun 15-də Macarıstanla yoxlama oyunu ilə müqayisədə seçmə matçlarda müəyyən dəyişikliklər ola bilər. Belə şeylər mütəmadi olaraq baş verir. Onların elələri olur ki, məcburi olur. Məsələn, əməliyyata məruz qalan Rami Qerşon kimi. Hər oyunçunun milliyə can atması məni ən çox sevindirən məqamdır.

- Millidəki kadr seçimindən nə dərəcədə razısınız?

- Sərəncamımda əla oyunçular var. İnkişafı özünüz görürsünüz. Tomer Hemed ildən-ilə daha yaxşı oyun göstərir. Macarıstanla qarşılaşmada da möhtəşəm çıxış etdi. Millidə elə yaradıcı oyunçularımız da var ki, meydanda idmançıya xas hirs nümayiş etdirir. Lior Rafaelov kimi.

- Milliyə cəlb oluna biləcək yeni simalar varmı?

- Hen Ezranı qeyd edə bilərəm. O, daha təcrübəli futbolçulardan heç nə ilə geri qalmır. Çox xoşbəxtəm ki, mənə belə oyunçulardan yararlanmaq nəsib olub.

- Futbolçuların fiziki keyfiyyətləri ilə yanaşı, psixoloji durumundan razısınızmı?

- Mənim komandamda qorxaq, sadəlövh futbolçu yoxdur. Oyunçularımızın hamısı əsl döyüşçüdür. Seçimlə bağlı böyük işlər görmüşəm. Az qala hər oyunu izləmişəm ki, lazım olan futbolçuları müəyyənləşdirim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail