"Qəbələ" - "Sumqayıt": üçüncü duel

24.08.2012 | 4498 dəfə oxunub


Premyer Liqanın IV turunda “Qəbələ”nin rəqibi “Sumqayıt” olacaq. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, güclülər dəstəsində ötən mövsüm debüt edən “Gənclik şəhəri” təmsilçisi ilk dəfə “Qəbələ”nin qarşısına indiki adı altında çıxacaq. Belə ki, ötən mövsümün gedişində adını dəyişən rəqib "Qəbələ" ilə qarşılaşdığı vaxt hələ “Sumqayıt Şəhər” adlanırdı.

Bu komanda ilə artıq 2 dəfə görüşən “Qəbələ” rəqibinə xal verməyib. Hər 2 matçda rəqibindən üstün olan futbolçular səfərdə 2:1, evdə isə 3:1 hesabı ilə qalib gəlib. Göründüyü kimi bu matçlarda tərəflərdən heç biri qapısını toxunulmaz saxlaya bilməyib. “Sumqayıt” hər dəfə 1 qolla kifayətlənibsə, daha məhsuldar olan “Qəbələ” qələbələri sıralayıb.

Maraqlıdır ki, hər 2 matçın ilk hissəsində 2 qol vurulub. Əvvəlki qarşılaşmada fasiləyədək görüşün taleyini həll edən "Qəbələ" yalnız oyunun sonlarında qol buraxıb. Ev oyununda isə hesabı açan “Qəbələ” fasiləyədək bərabərliyi təmin edən qonaqların müqavimətini 2-ci yarıda 2 qolla qırıb.

Bu oyunların qəhrəmanı isə Luiz Hilario olub. Hər 2 oyunda fərqlənən legioner Sumqayıtda hesabı açmaqla qələbədə pay sahibi olub. 2-ci dövrədə isə hesab 1:1 olarkən səhnəyə çıxan braziliyalı komandanısıı önə çıxarıb. Rəqib qapısına digər 3 qolumuzu isə Daniel Lopes Kruz, Serj Cehua və Viktor Mendi vurublar.

2011/12 14.08.2011 Premyer Liqa Sumqayıt Şəhər - Qəbələ 1:2

2011/12 04.12.2011 Premyer Liqa Qəbələ - Sumqayıt Şəhər 3:1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail