Sadıq Sadıqov: "Kiprə uduzmaq üçün getməyəcəyik" - MÜSAHİBƏ

24.08.2012 | 5013 dəfə oxunub

"Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun "Apoel"lə oyundan sonra Stadium.az saytına müsahibəsi:

- Yəqin ki, 1:1 hesabı sizi qane etmədi, çünki komandanız qələbəni adi bir səhvlə əldən verdi...

- Tam səmimi deyirəm, bu gün komandamın oyunundan razı qaldım. Biraz da bəxtimiz gətirsəydi, layiqli qələbə qazana bilərdik. Gəlin unutmayaq ki, biz bu gün ötən mövsüm Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksələn komandaya qarşı oynayırdıq. Mən oyundan sonra onların prezidenti ilə danışqım. Mənə dedi ki, bu oyunu "Neftçi"dən gözləmirlərmiş. Açıq şəkildə söylədi ki, Bakıya minumum 3:0 hesablı qələbə üçün gəliblərmiş. Hələ də cavab oyunu üçün onlar çox narahatdılar. İlk dəqiqələrdə Kanalesin zərbəsi qol olsaydı, böyük hesabla "Apoel"i məğlub edə bilərdik. Ardınca Flavinyonun dirəyə dəyən zərbəsi, Mirhüseynin qapı xəttindən çıxarılan o topu...Bunların heç olmaya birindən yararlana bilsəydik, hər şey tam başqa cür olacaqdı. Nə deyim e, qismət beləymiş də. Keçilməyəcək komanda deyillər, əsas odur bu gün onları tanıdıq. Komandamız gördü ki, bunlara qarşı oynamaq olar. Biz 90 dəqiqə rəqibdən bir baş üstün oynadıq, amma bir səhv ucbatından indi daha nikbin danışa bilmirik.

- Demək olar ki, Böyükağa Hacıyevin qayıdışı komandadakı vəziyyəti düzəldib?

- Böyükağa Hacıyev çox güclü mütəxəssisdir. Əgər ölkəmizdə 3 yaxşı yerli məşqçi varsa, onlardan biri də Hacıyevdir. Bu gün komandamızın belə gözəl oyun göstərməsi Böyükağa müəllimin əməyidir. İnanın ki, son iki gündə Böyükağa müəllim rəqibin oyunun bəlkə də yeddi dəfə izləyib. Hər dəfə də komandanı yığıb yeni göstərişlərin verir. Qapımız qarşısında ilk real qol vəziyyətin oyunun 47-ci dəqiqəsində yaratdılar. Bu da "Neftçi"nin necə oyun göstərməsinin bariz nümunəsidir. Biz bu oyun çox yaxşı hazırlaşmışdıq. Mən heç cür inanmıram ki, biz "Apoel" səfərində "Hapoel"ə uduzduğumuz kimi məğlub olcağıq. Əksinə, komandamızın qarşıdakı 6 gündə daha yaxşı hazırlıq keçib cavab oyununda turu keçəcəyinə inanıram.

- İqor Mitreski komandaya qaytarıldı...

- Mitreski çox təcrübəli oyunçudur. Buna görə də baş məşqçi məndən xahiş etdi və onun bütün məsuliyyətini öz üzərinə götürdü.

- Komandanıza italiyalı müdafiəçi də gəlmişdi...

- Bəli, amma onu komandadan göndərdik. Çünki artıq Mitreski də qayidib və o futbolçu istənilən səviyyədə deyildi. Mitreskini komandaya qaytarandan sonra italiyalının da heyətə götürsəydik, biz yerli futbolçulardan hansılarısa itirmiş olacaqdıq.

- Cavab oyunu barədə nə düşünürsüz?

- Orada bizi çox çətin oyun gözləyir. Mən mətbuatdan xəbər tutdum ki, artıq Kiprdəki oyuna 10 mindən artıq bilet satılıb, hələ oyuna bir həftə qalmasına baxmayaraq. Onların azarkeşləri də çox çılğındılar, oyuna təsir edə bilirlər. İndi üstünlük rəqibin tərəfindədir, amma biz ora uduzmaq üçün getməyəcəyik. İnşallah, bu gün "Apoel"in tərəfində olan bəxt, Kiprdə də bizim tərəfimizdə olar.

Stadium.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail