Ramin Musayev: "Mənim fikrimə qalsa, ilk yarıda hakim penalti verməliydi" - MÜSAHİBƏ

24.08.2012 | 6838 dəfə oxunub

"Neftçi" - "Apoel" oyununu izləyənlər arasında PFL prezidenti Ramin Musayev də vardı. Qarşılaşmadan sonra Musayevlə elə bu oyun barədə danışdıq. Ramin Musayev "Stadium.az"ın əməkdaşının suallarını cavablandırdı:

- Əvvəlcə matç barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Oyun barədə onu deyə bilərəm ki, "Neftçi" çox gözəl oyun sərgilədi. Mən inanıram ki, bütün azarkeşlər həqiqi futbol gördülər. Nəinki futbolda, ümumiyyətlə, idmanda bəxt amili ysi, axşı şeydi. Flavinyonun zərbəsi, Mirhüseynin zərbəsindən sonra oyunçu topu boş qapıdan necə çəxartdı... Bu gün "Neftçi"nin yalnız bəxti gətirmədi, amma "Neftçi" sübut etdi ki, Azərbaycanda futbol var inkişaf edir. Bu gün azarkeşlər zəng edib deyirdilər ki, "Apoel" "Neftçi"n  4:0, 5:0 udacaq. Özünüz də gördüz ki, oyun boyu 70 faiz topa nəzarət bizim komandamızda idi. Nə bilmək olur, bəlkə ayın 30-u elə "Neftçi" keçdi turu?..

- Hamı deyir ki, "Neftçi"də çatışmazlıqlar var. Siz bunu nədə görürsüz?

- Bəxtdə.

- Bundan başqa?

- Mən ancaq bəxt çatışmazlığın gördüm. Bir də hiss olunurdu ki, komandaya daha yaxşı bir hücumçu lazımdı. Yəni oyunu üzərinə götürə biləcək bir hücumçu. Kanales ön xətdə tək idi, amma mən yenə də bu komandanın oyunundan razı qaldım. Ona görə yox ki, PFL rəhbəriyəm, "Neftçi"də çalışmışam, sadəcə bir azarkeş kimi yanaşıram. Bura da bir azarkeş kimi gəlmişdim.

- Demək olar ki, bu oyun təmsilçilərimizin bu mövsüm Avrokuboklardakı ən yaxşı matçı idi?

- Çox qəşəng oyun oldu, mən bununla tam razıyam, amma "İnter"in Estoniyadakı oyunu, "Xəzər Lənkəran"ın səfərdə "Lex"lə qarşılaşmaları da çox əla alınmışdı. Hamızı vropa komandasıdır da. Düzdü, mən püşkatma olanda sevindim, daha yaxşı nəticələr gözləyirdim, amma olmayanda olmur daş.

- Demək olar ki, bir də belə püşk çətin düşə bəxtimizə?

- Həyat davam edir, hər şey ola bilər, amma gəlin xoşbəxtliyi püşkatmada axtarmayaq, öz oynumuzu oynayaq.

- Oyunu idarə edən polşalı hakim barədə bir iradınız var?

- Mən adətən hakimlik barədə danışmaqdan çəkinirəm...

- Hər dəfə müdafiə edirsiz...

- Mənim fikrimə qalsa, ilk yarıda hakim penalti verməliydi. Top cərimə meydançası daxilində rəqib oyunçunun əlinə dəymişdi. Ümumi götürəndə hakim karyerasını qorudu. Məncə hakim komandaların adları ilə  özlərini dəyişik salmışdı.

- "Apoel"in ötən mövsüm ÇL-da etdiklərindən xəbəriniz vardı?

- Əlbəttə.

- O yunlarla müqayisədə bu gün rəqibdən belə oyun gözləyirdiz?

- Sözsüz ki, yox. Bu gün mən deyərdim ki, bizim futbolçular onları tor salmışdı. Qoldan sonra bizim futbolçular çox sevindi, boşaldılar, bu da qapımıza vurulan topla nəticələndi.

- Cavab oyunu barədə nə düşünürsüz?

- Çox çətin olacaq, amma heç nə başa çatmayıb. Ümid sonda ölür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail