Play-offda yenə qələbəyə həsrət qaldıq

23.08.2012 | 3630 dəfə oxunub


Azərbaycan klublarının Avroliqanın play-off mərhələsindəki qələbəsiz oyunları 7-ə çatıb. Stadium.az xəbər verir ki, bu gün APOEL-lə qarşılaşan “Neftçi” də Avroliqanın play-off mərhələsində qələbəyə həsrət qalıb. Buna qədər Avroliqanın play-off mərhələsində təmsilçilərimiz 6 oyun keçirmişdilər.

2009-cu ildə “Bakı” hər iki oyunda “Bazel”ə uduzub - 1:3; 1:5. Həmin il “Qarabağ” səfərdə “Tvente”yə məğlub olsa da (1:3), evdə qolsuz bərabərliyə razılaşıb.

Növbəti mövsüm yenidən eyni qrup mərhələsinin bir addımlığına yüksələn “Qarabağ”ın ikinci cəhdi də uğursuz alınıb. Dortmund “Borusiya”sı hər iki matçda təmsilçimizi üstələyib - 0:5; 0:1.

Beləliklə, play-offdakı 7-ci oyunumuzda ikinci heç-heçəyə nail olduq. Digər 5 matçda isə təmsilçilərimiz meydanda məğlub ayrılıblar. Top fərqi də ürəkaçan deyil - 4:18. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail