40 yaşın mübarək, Başqan...

23.08.2012 | 3231 dəfə oxunub


“Qarabağ” klubunun kollektivinə yenicə qoşulmuşdum. Mehriban, səmimi kollektivin söhbətlərində daim klubun vitse-prezidenti Tahir Gözelin adı çəkildiyi zaman həmkarlarımın dərin ehtiramı o dəqiqə sezilirdi. İstər-istəməz bəndənizdə xüsusi maraq oyandı kollektivin sevgi və hörmətini qazanan şəxsə qarşı. Və tale ilk görüşdəcə mənim üçün hər şeyi aydınlaşdırdı...

2007-ci ilin Mart ayı idi. “Qarabağ”ımız çempionatda “Bakı”yla qarşılaşırdı. Hər zaman olduğu kimi başqan komandayla görüşə  gəldi. İlk dəfə gördüyüm Tahir bəy olduqca həyəcanlıydı. Səbəbini az sonra yüksək intellektual səviyyəsini ifadə edəcək söhbətdə göstərəcəkdi. Başqan futbolçularla görüşdə qayğısından danışdı. Heç zaman reklam etmədiyi xeyirxah əməllərindən biri kimi himayə etdiyi məcburi köçkünlərlə görüşübmüş. Yurdundan didərgin düşmüş bir balaca cocuqdan Tahir bəy hansı komandaya azarkeşlik etdiyini soruşub.

Təbii ki, Qarabağdan bir parça olan uşağın “Qarabağ”a azarkeşlik edəcəyini söyləyəcəyini və o da fəxrlə həmin komandanın rəhbəri olduğunu söyləyəcəkmiş. Amma cocuğun başqa komandanın adını çəkməsi başqanımızı çox məyus edib. Tahir bəy susub sadəcə...

...Amma  futbolçuların yanında danışdı. “Mən bunu haqq etmirəm” dedi. Bir Qarabağlı “Qarabağ”a azarkeşlik etmirsə demək ki, biz bugünə kimi heç nə etməmişik. Bir köçkün tək təsəllisi olan “Qarabağ”a azarkeşlik etmirsə demək nəyisə dəyişməliyik..`

Çox təsirlənmişdi başqan. Dedi sabah Orxanı oyuna gətirəcəm. Elə edin ki, matçdan sonra mən Orxana mən bu komandanın bir parçasıyam deyə bilim..

Söylədiyini etdi də. Oyundan qabaq 8 yaşlı Orxan Tahir bəyin əlindən tutub həyatında ilk dəfə stadiona gəldi. Başqanımız oyunöncəsi Orxanı futbolçularla tanış etdi. Olduqca maraqlı keçən və futbolçularımızın inanlmaz əzmiylə, ruhuyla keçirdiyi oyunu Orxan Tahir bəylə birgə izlədi...

..Oyundan sonra artıq Orxan “Qarabağ”lı idi. Və bugün 100 minlərlə həmyaşıdı kimi...

...Bəli, mən Tahir bəyin niyə belə sevildiyi artıq yaxşı anlamağı başlamışdım. Bugün 40-cı doğum gününü qeyd edən başqan “Qarabağ”a çox şeyini verib. Sadəcə, maddiyyatla deyil, mənəvi düşüncəsi, fəlsəfəsiylə.

Tahir bəy dünyada bəlkə də yeganə başqandı ki, haqq etdiyi halda belə bir dəfə də baş məşqçinin işinə müdaxilə etməyib.

Tahir bəy dünyada bəlkə də yeganə başqandı ki, futbolçularına meydança üçün deyil daha bəşəri ideyaları aşılamaqdan zövq alır.

Tahir bəy dünyada bəlkə də yeganə başqandı ki, “Ən böyük başqan, bizim başqan” şüarına “Ən böyük sadəcə “Qarabağ”dır” deyəcək ürəyə sahibdir.

Tahir bəy dünyada bəlkə də yeganə başqandı ki, futbolçusuna öz əliylə yemək ikram etməkdən zövq alır.

Tahir bəy dünyada bəlkə də yeganə başqandı ki, futbolçusunu planetariuma aparmaqla kainat həqiqətlərini aşılayır.

Tahir bəy dünyada bəlkə də yeganə başqandı ki, futbolçusu üçün dünyanın ən məşhur professorunu gətizdirib mühazirələr təşkil edir.

Tahir bəy dünyada bəlkə də yeganə başqandı ki, komandasından udanda da, uduzanda da sadəcə öz ruhlarını nümayiş etdirməsini istəyir.

Tahir bəy dünyada bəlkə də yeganə başqandı ki, futbolçusunun rəhbəri deyil yaxın dostudur.

Tahir bəy dünyada bəlkə də yeganə başqandı ki, futbolçusu özündən çox onu uğurlarıyla sevindirmək istəyir....

Və... Tahir bəy dünyada bəlkə də yeganə başqandı ki, ancaq insanlığı sevir və insanlığı təbliğ edir..

Onun etdiklərindən heç kim xəbər tutmur. Çünki, o, etdiklərini sevdiyi üçün edir. Heç kim bilmir ki, Tahir bəy dünyada bəlkə də yeganə xeyirxah insandı ki, çörək əvəzinə elm verir, mənəviyyat verir.

Bu gün himayə etdiyi minlərlə insan Onun sayəsində təhsilin fərqindədirlər, fərqində olmadan...

Bu günün sevilən, bir  zirvə olan “Qarabağ” onun könlünün hədiyyəsidir.

Bu gün Azərbaycanın qüruru olan “Qarabağ” dünya nəhəngi “Rusenborq”u məğlub edərkən başqanımızın göz yaşlarının məhsuludur.

Və ... bu gün “Qarabağ” milyonlarla Orxanın komandasıdır.

Bu milyonların sevgisi 9 illik əməyinin, sevgisinin məhsuludur, Başqanımızın..

40 yaşın mübarək, Başqan...

Nurlan Əziz

“Qarabağ” ailəsi adından



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail