“Neftçi” - APOEL görüşü heç-heçə başa çatdı YENİLƏNİB

23.08.2012 | 7731 dəfə oxunub



Azərbaycan çempionu “Neftçi” bu gün Avroliqanın play-off mərhələsinin ilk oyunu çərçivəsində meydana çıxacaq. Stadium.az xəbər verir ki, “ağ-qaralar” Kiprin APOEL klubu ilə qarşılaşacaq. Ötən mövsüm Çempionlar Liqasında sürpriz komanda olaraq ad çıxaran APOEL qitənin ən mötəbər klub turnirində 1/4 final mərhələsinədək irəliləməyi bacarıb.

Komandalar ilk dəfə 1995-ci ildə qarşılaşıblar. Həmin vaxt Kuboklar Kubokunda qarşı-qarşıya gələn tərəflərin mübarizəsindən rəqib qalibb ayrılıb. İlk matçda 0:3 hesabı ilə uduzan “Neftçi” cavab görüşündə məğlubiyyətin əvəzini çıxa bilməyib - 0:0.

İlk dəfə Avroliqanın play-off mərhələsinə qatılan “Neftçi” tarixi uğurun astanasındadır. Bu günədək 2 Azərbaycan klubu - “Bakı” və “Qarabağ” (2 dəfə) Avroliqanın play-off mərhələsinə yüksələrə də, burada qələbəyə həsrət qalıblar. Bu gün “Neftçi” qalib gələcəyi halda, həm qrup mərhələsinə yaxınlaşacaq, həm də Avroliqanın play-off mərhələsində qələbə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşəcək.  

 

“NEFTÇI” (AZƏRBAYCAN) - APOEL (Kipr) 1:1

Qollar: Mahir Şükürov 82 (p) - Benachour 83

Bakı. “Dalğa Arena”

Baş hakim: Robert Malek

Baş hakimin köməkçiləri: Krzysztof Myrmus, Maciej Verzbovski

Dördüncü hakim: Tomas Vajda

(Hakimlər briqadası Polşadandır)

UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)

Hakim-inspektor: Sergey Zuev (Rusiya)


“NEFTÇİ”: 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə

Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 26. Kərim Diniyev, 28. Emin Mehtiyev

APOEL: 22. Dionisios Xiotis, 7. Mario Budimir, 10. Kostas Xaralambides (k), 11. Nektarios Aleksandru, 23. Eliu Pinto, 26. Nunu Moraiş, 27. Arits Borda, 28. Mario Serjio, 30. Zuela, 31. Elder Souza, 46. Efstatios Aloneftis

Ehtiyat oyunçular: 78. Urko Pardo, 5. Maykl Klyukovski, 12. Aldo Adorno, 15. Maris Antoniades, 18. Selim Benaşur, 19. Marios Elia, 77. Atos Solomu




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail