“PSJ”nin yetirməsi: “Neftçi”ni keçəcəyimizə 100 faiz əminəm”

22.08.2012 | 4581 dəfə oxunub


Sabah Avroliqanın play-off mərhələsində “Neftçi” ilə qarşılaşacaq APOEL-in aparıcı üzvü Selim Benachour qarşıdakı görüş haqda fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, tunisəsilli yarımmüdafiəçi çempionumuza hörmətlə yanaşdıqlarını bildirib: “Neftçi”yə qarşı keçirəcəyimiz ilk oyuna çox ciddi hazırlaşmışıq. Rəqibə hörmətlə yanaşırıq. Amma səfərə qələbə üçün yollanırıq. Lakin bu, heç də asan olmayacaq. Keçən mövsüm Çempionlar Liqasının qrup mərhələsini lider kimi başa vurduq. Bu dəfə isə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparırıq. Bunun öhdəsindən gələcəyimizə 100 faiz əminəm. Lakin biz süni ot örtüyündə oynamağa öyrəşməmişik. Ona görə də Bakıda bizə çətin olacaq. Bununla belə, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Cavab matçına rahat çıxmaq üçün ilk görüşdən sərfəli nəticə ilə dönməliyik”.

Qeyd edək ki, Selim Fransada anadan olub. 30 yaşlı hücumameylli yarımmüdafiəçi “PSJ”nin yetirməsidir. APOEL-ə bu il transfer olunub. Cari mövsüm kiprlilərin heyətində Avroliqanın bütün görüşlərində forma geyən Benachourun son klubu Portuqaliya “Maritimu”su olub.  

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail