Qara Qarayev: “Sumqayıt”la oyundan bu cür hesab gözləmirdik”

21.08.2012 | 5938 dəfə oxunub


“Qarabağ”ın müdafiəçisi Qara Qarayev qarabaghfan.com saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir.

 

- Premyer Liqanın son turunun "Sumqayıt"la oyununda meydandan qovuldun. Həmin epizodda Elçin Məmmədovun ikinci sarıdan sənə qırmızı vərəqə göstərməsi doğru qərar idi?

- Haqlı olub-olmadığını bilmirəm. Amma birinci epizodda sarı vərəqə verəcəyini gözləmirdim. Amma göstərdi. Yəqin ki, epizoda baxıb, qərar verərlər.

- Özün epizodun içində olmusan. Səncə, qırmızı vərəqə haqqlı idi?

- Birinci cəriməmdə mənə xəbərdarlı etmədən “sarı” verdi. Bəlkə hardasa ikincini vermək olardı. Amma birinci “sarı”nı gözləmirdim. Çünki orada təhlükəli oyun yox idi.

 - Ola bilərmi ki, Məmmədov Aftandil Hacıyevi meydandan qovarkən səhvə yol vermişdi. Ona görə meydanda say tərkibini bərabərləşdirmək üçün sənə qırmızı vərəqə göstərdi?

- Nə bilim, vallah. Futboldu, belə şeylər olur. Mən burda Elçin Məmmədovu pisləmək istəmirəm ki, qırmızı vərəqə verməməli idi. Göstərməyə bilərdi. Amma veribsə, demərəm, səhv qərar idi.

- Oyunla bağlı nə deyə bilərsən? Belə böyükhesablı qələbə gözləyirdin?

- Bu cür hesab gözləmirdik. Amma oyuna çox ciddi hazırlşmışdıq. Çünki keçən il heç nədən "Sumqayıt"a 5 xal verdik. Çalışacağıq ki, bu il onlardan maksimum xal götürək. Sonradan buna görə problem yaşamaq istəmirik. Ötən mövsüm bir oyun udsaydıq, Avroliqaya vəsiqəni təmin edə bilərdik.

- Onda belə demək olarmı ki, "Qarabağ" "Sumqayıt"a yerini göstərdi?

- Yox, elə deməzdim. "Sumqayıt" da yaxşı komandadı. Belə oyunlar olur. Onlar AZAL kimi komanda ilə heç-heçə oynadı. Bəlkə bizimlə matçda uğursuzluq, şanssızlıq oldu. "Sumqayıt" da öz gücünü bilən, iddialılardan xal ala biləcək komandadı.

- Kənardan baxanda meydanda çox yaxşı təsir bağışlayırsan. Özün necə, çıxışından razısan?

- Xeyr. Yenə də çalışıb "artırmaq" lazımdı.

- Daha çox nədə çatışmazlıq hiss edirsən?

- Var da. Bir az daha məşq etməli, tez fikirləşməliyəm.

- Bunları baş məşqçi sənə deyib, yoxsa özün bu qənaətə gəlmisən?

- Əlbəttə, birinci özüm özlüyümdə götür-qoy edirəm ki, məndə bu cəhətlər çatışmır. Yəqin ki, bu, məşqçinin də fikirləri ilə üst-üstə düşür.

- Qurban Qurbanov ötən mövsüm sənə daha çox şans verəndə bəzi tənqidlərlə üzləşdi. Ancaq bu gün artıq etdiyi riskin nəticəsini görür. Yəqin razılaşarsan ki, Qurban müəllim olmasaydı, itib-batmışdın?

- Düzdü, sağ olsun. Mənə şans verdi, oynatdı. Allahın izni ilə oynayıram, çox şükür.

- İlk 3 turdan sonra komandanın çıxışını necə dəyərləndirirsən?

- Normaldı. "İnter"lə oyunda da son dəqiqədə öz səhvimizdən buraxdığımız qol 2 xalımızı apardı. Məncə, hər şey normaldı.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail