Roberto Karlos “Fənərbaxça”nın düşərgəsində

21.08.2012 | 4948 dəfə oxunub


Bu gün Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Moskvada “Spartak”In qonağı olacaq “Fənərbaxça”nın düşərgəsində dünən maraqlı anlar yaşanıb. Stadium.az xəbər verir ki, bir müddət İstanbul təmsilçisinin formasını geyən, hazırda isə “Anji”də çalışan Roberto Karlos sabiq komandasını ziyarət edib. “Fənərbaxça”nın qaldığı otelə gələn Karlos keçmiş komanda yoldaşları, eləcə də klub rəhbərliyi ilə görüşüb. Braziliyalı futbolçu təəssüratlarını bölüşüb: “Bura dostlarımı görməyə gəldim. 2 il yarım “Fənərbaxça”da çıxış etmişəm. Bu müddət ərzində özümə xeyli dost qazandım. Hətta orada oynadığım dövrdə türk dilini də öyrənməyə başlamışdım. Yekunda “Fənərbaxça” qəlbimdə özünə xüsusi yer etdi. “Kadıköy”də oynamaq üçün çox darıxmışam. Orada meydana çıxmaq inanılmaz bir hissdir. Buradan azarkeşlərimizə bir daha salamlarımı göndərirəm. Sosial şəbəkələrdə tez-tez mənə yazırlar. Mən də onların bu sevgisini cavabsız qoymamağa çalışıram. Həm klubu, həm də şəhəri çox bəyənirdim. Sabiq komandama “Spartak”la oyunda uğurlar arzuladım. Əziz Yıldırımı yenidən gördüyüm üçün də çox şad oldum. Həm ona, həm də ailəsinə səbr diləyirəm. “Fənərbaxça”da oynadığım müddətdə heç vaxt sevgisini məndən sərigəmədi. Mənim də ona qarşı olan sevgim, hörmətim qarşılıqlı, sonsuzdur”.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail