“Qarabağ” üçün rekord, “Sumqayıt” üçün antirekord

20.08.2012 | 3547 dəfə oxunub


Azərbaycan Premyer Liqasının III turunun “Sumqayıt” - “Qarabağ” oyunu hər 2 komanda üçün əlamətdar olub. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, qonaqlar üçün rekord kimi yadda qalan oyun meydan sahibləri üçün antirekordla tarixə düşüb.

Tarixində 9-cu dəfə böyük hesabla uduzan “Sumqayıt” ən acınacaqlı yenilgisinə üzülüb. Birinci divizionda 2, kubokda 1 dəfə belə məğlub olan komanda Premyer Liqada 6-cı dəfə 3 və ya daha böyük fərqlə uduzdu. İndiyədək ən pis halda 4 top fərqinə üzülən sumqayıtlılar I divizionda “Rəvan” (13.09.2010) və “Abşeron”a (28.11.2010), Premyer Liqada “Neftçi”yə 0:4 (21.08.2011) hesabı ilə uduzmuşdu. Bu oyunlarda yalnız “Abşeron” səfərdə qalib gəlmişdi.

“Qarabağ” isə Premyer Liqada ən böyükhesablı səfər qələbəsini qazandı. Əvvəllər rəqib meydanlarında 3 dəfə 5 top fərqinə sevinən ağdamlılar rekordunu növbəti dəfə təkrarladı. 1993/94 mövsümündə “Avtomobilçi”ni (26.02.1994), 1997/98 mövsümündə U-18-i (16.05.1998) 5:0 hesabı ilə məğlub edən “Qarabağ” 2006/04 mövsümündə elə Sumqayıtda 6:1 hesabına sevinmişdi. Həmin vaxt “Xəzər” böyükhesabla məğlub edilmişdi. 9 il sonra isə eyni meydanda rekord təkrarlandı.

Qeyd edək ki, “Qarabağ”ın Premyer Liqadakı ən böyükhesablı səfər qələbəsi 7:0 hesabı ilə olub. Lakin Bərdənin “Pambıqçı” klubu ilə oyundakı (02.08.1995) həmin oyunun nəticəsi rəqib çempionatdan çıxarıldığı üçün ləğv olunmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail