Rauf Əliyev: “Bu mövsüm “Qarabağ” çox iddialıdır”

19.08.2012 | 6014 dəfə oxunub


"Qarabağ”ın hücumçusu Rauf Əliyevin Premyer Liqada "Sumqayıt”a qarşı keçiriləcək oyun ərəfəsində Qarabaghfan.com saytına müsahibəsi

 

- Ötən mövsüm "Qarabağ” "Sumqayıt”la oyunlarda beş xal itirdi. Növbəti sensasiyanın təkraralana biləcəyi sizi narahat etmir?

- Futbolda gözlənilməz nəticələr çox olur. Biz də bunu bilərək qarşılaşmaya ciddi hazırlaşmışıq. Əlimizdən gələni etməliyik ki, sensasiya baş verməsin.

- Rəqibiniz "Qarabağ” kimi ilk iki turda dörd xal qazanıb. Necə düşünürsən, keçən mövsümkü "Sumqayıt” güclü idi, yoxsa hazırkı?

- Heyətinin çoxunu gənclər təşkil edir. Lakin bu futbolçuların yaxşı potensialı var. "Sumqayıt” bəzi legionerləri də transfer edib.  Bu mövsüm daha yaxşı təsir bağışlayırlar. Çempionatın iddialı komandalarından olan AZAL-a məğlub olmamaları, "Turan”a səfərdə qalib gəlmələri dediklərimə sübutdur.

- "Sumqayıt”la matçda qələbə şanslarınız nə qədərdir?

- Biz yalnız üç xal haqda düşünürük. Bu mövsüm "Qarabağ” çox iddialıdır. Hər oyunda maksimum xal götürməyə çalışırıq..

- Keçən tur "Neftçi”ylə oyunda yarımmüdafiəçi Əfran İsmayılov hücumçu kimi oynadı. Əfran yeni mövqeyində sənə necə təsir bağışladı?

- Pis təsir bağışlamadı. Daim rəqibi təzyiq altında saxlamağı bacarırdı. Ola bilsin, növbəti oyunlarda daha yaxşı çıxış edəcək.

- Sənə Türkiyədən təklif gəlmişdi. Hazırda məsələ nə yerdədir?

- Bu, çox şişirdildi. Belə götürəndə elə də konkret bir şey yox idi. Artıq həmin məsələ bağlanıb.

- Keçən mövsüm çox zəif təsir bağışladın. Bəs, bu çempionatda necə olacaq?

- Çox istəyirəm ki, yaxşı nəticə göstərəm. Əlimdən gələni edəcəyəm ki, komandanın qələbələrində pay sahiblərindən olum.  Bacardığım qədər çalışacağam ki, çox qol vurum.

 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail