“Mançestr Yunayted” çilili hücumçunu transfer edir

18.08.2012 | 5506 dəfə oxunub


Van Persinin ardınca “Mançestr Yunayted” daha bir hücumçunu transfer edəcək. Stadium.az xəbər verir ki, “qırmızı şeytanlar” 18 yaşlı çilili Anxelo Enrikesi heyətinə qatacaq. Hazırda vətənində “Universidad de Çili”nin heyətində çıxış edən Enrikes ayın sonuna qədər İngiltərə klubu ilə sözləşmə imzalayacaq. Qarşıdakı həftə isə çilili tibbi müayinədən keçəcək. Transfer baş tutsa, Enrikes “Mançestr Yunayted”in tarixinə düşəcək. Belə ki, o bu klubun şərəfini qoruyacaq ilk çilili futbolçu olacaq.

Gənc forvard transferi ilə bağlı bunları deyib: “Mən “Mançestr Yunayted”də oynamağa hazıram. Bu mənim arzumdur. İnanıram ki, bu arzumu reallaşdıracağam. Əlimə gözəl fürsət düşüb və bu şansdan mütləq yararlanmalıyam. Komandada hər şey superdir. Təsəvvür edin ki, mən Ueyn Runi və Van Persi kimi dünya səviyyəli ulduzlarla eyni paltadəyişmə otağını bölüşəcəyəm. Bu, inanılmazdır”.

Qeyd edək ki, Enrikes son mövsüm meydana çıxdığı 15 oyunda 10 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail