”Xəzər Lənkəran”da 148-cu futbolçu

16.08.2012 | 4192 dəfə oxunub


Daha bir futbolçu “Xəzər Lənkəran” klubunun heyətində debüt edib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, bu, Kamran Abdullazadədir. Gənc futbolçu komandanın heyətində ilk rəsmi matçını Azərbaycan Premyer Liqasının II turunda keçirib. Kamran “Kəpəz”lə ev oyununun 2-ci hissəsində meydana çıxmaqla debütünü rəsmiləşdirib.

 Bununla da “Xəzər Lənkəran”ın 8 illik tarixi ərzində “ağ-yaşıl” forma geyən futbolçuların ümumi sayı 148-ə çatıb. Belə ki, Gəncə təmsilçisi ilə qarşılaşmayadək buna 147 oyunçu nail olmuşdu. Bunlardan 89-u legioner, 58-i yerli futbolçu idi. Kamran bu siyahıda 59-cu azərbaycanlı oldu.

 Qeyd edək ki, mövsümün arxada qalan hissəsində daha 3 futbolçu “Xəzər Lənkəran”da debüt edib. Buna nail olan Ruslan Abışovun debütü Avropa Liqasına, Orxan Sadıqlı ilə Ağabala Ramazanovunku isə Premyer Liqanın ilk turuna təsadüf edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail