Azərbaycan - Bəhreyn oyununda Dünya Çempionatı təbliğ olundu

16.08.2012 | 4919 dəfə oxunub


İsmət Qayıbov Bakıxanov qəsəbə adına stadionda Azərbaycan və Bəhreyn milli komandaları arasında keçirilmiş oyunda bu il ölkəmizdə təşkil olunacaq dünya çempionatının da təbliğatı aparılıb. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin təşkil etdiyi aksiyada oyunu izləmək üçün stadiona gələn azarkeşlərə çempionatın təbliğat materialları - bilet satış nöqtələri, bilet qiymətləri haqqında məlumat, çempionat oyunlarının cədvəli və s. broşurlar paylanıb. Çempionatın rəsmi talismanı Top Top Qız isə oyun müddətində azarkeşlər arasında gəzib, fasilə zamanı isə meydançaya çıxaraq azarkeşləri salamlayıb, stadionda rəqs edərək onları əyləndirib. Oyundan əvvəl və fasilə zamanı diktor Azərbaycan - Bəhreyn qarşılaşmasını izləməyə gələn azarkeşlərə dünya çempionatının təşkil olunacağı stadionlar, Top Top Qızın tarixçəsi, çempionatın keçirilmə tarixləri, açılış və final oyunları, bilet satış nöqtələri və s. barədə məlumat verib.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail