Van Persi: “Hələ ki “Arsenal”ın futbolçusuyam”

15.08.2012 | 4139 dəfə oxunub


Hollandiya milli komandasının üzvü Robin Van Persi gələcək karyerası ilə bağlı danışıb. Stadium.az xəbər verir ki, təcrübəli futbolçu ilk növbədə Hollandiya millisinin yeni baş məşqçisi Lui Van Qaldan söhbət açıb: “Mən qərar qəbul etmişəm ki, daha Avro-2012-dəki fiaskodan söz açmayacağam. Hesab edirəm ki, keçmişə qayıtmağa ehtiyac yoxdur. Bu barədə yetərincə söhbət açılıb. Bu gün ilk dəfə olaraq Van Qalla danışdım. Səbirsizliklə onunla işə başlayacağım anı gözləyirəm. Milli karyeramı başa vurmaq barədə heç düşünmürəm də. Mən holland azarkeşləri çox sevirəm”.

Van Persi hazırkı klubu “Arsenal” barədə deyib: “Arsenal”la apardığımız danışıqlar barədə söz açmaq istəmirəm. Gələcək karyeramın necə olacağını bilmirəm. Yalnız onu deyə bilərəm ki, hələ ki “Arsenal”ın futbolçusuyam”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail