Bəhreyn millisinin baş məşqçisi: “Peşəkarlar süni meydanda oynamağa mənfi yanaşırlar”

14.08.2012 | 8190 dəfə oxunub


Sabah yoxlama oyununda millimizlə qarşılaşacaq Bəhreyn millisinin baş məşqçisi Piter Teylor oyunöncəsi mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, ingiltərəli mütəxəssis matçın keçiriləcəyi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda jurnalistlərin sullarını cavablandırıb.


* Hazırlığa Bəhreyndə start vermişik. Bir həftə orda məşq etdikdən sonra oyuna 3 gün qalmış Azərbaycana gəldik. Oyunu səbirsizliklə gözləyirik. Amma etiraf etməliyəm ki, oyun əlverişsiz vaxtda keçiriləcək. Hazırda Ramazan ayıdır və komandada oruc tutanlar var. Buna görə də bəzi futbolçular istənilən səviyyədə hazır deyillər. Buna baxmayaraq, maraqlı oyun izləyəcəyimizi düşünürəm.

* 2005-ci ildə İngiltərənin U-21 yığmasının baş məşqçisi kimi ölkənizə gəlmişəm. Həmin vaxt oyun qolsuz heç-heçə ilə başa çatmışdı. Düşünürəm ki, həmin komandanın üzvləri arasında inkişaf edib, əsas milliyə yüksələnlər var. Yəqin ki, sabahkı oyunda onlardan bir neçəsini meydanda görəcəyik.

* Bizim futbolçular süni örtüklü meydanda oynamaq istəmədilər. Ümumiyyətlə, bu gün peşəkar futbolçular süni meydanda oynamağa mənfi yanaşırlar. Futbolçularımız bu cür meydanda oynamağa hazır olmadıqlarına görə,matçın təbii örtüklü arenada keçirilməsini xahiş etdik.

* Biz Bakıda ilk məşqimizi “Dalğa Arena”da keçirdik. Süni örtük çox yüksək səviyyədədir. Oyunun keçiriləcəyi arenanın qazonu ilə müqayisə etsək, “Dalğa Arena” daha yaxşıdır. Həmin arenada oynamağa razılaşardıq.

* Yığmanızın hansısa oyununu izləməmişəm. Düşünürəm ki, ölkəniz inkişaf etdiyi kimi, futbolunuz da irəliyə doğru addımlayır. Oyunun bizim üçün çətin keçəcəyini qeyd edə bilərəm.

* Bəhreyn yığmasında cəmi 12 aydır işləyirəm. Bu müddət ərzində iki turnirdə iştirak etmişik. Sonuncuda heç də yaxşı nəticələr qazanmadıq. Azərbaycanla matçda yaxşı oynayıb uduzsaq belə, komandamdan razı qalacam. Futbolçularım texniki cəhətdən yaxşıdırlar. Amma fiziki baxımdan problemlərimiz var, 90 dəqiqə oynamağa hazır deyilik.

* İndoneziya ilə matçda qazandığınız 10:0 hesablı qələbədə şübhəli heç nə yox idi. Sadəcə İndoneziya çox zəif heyətlə oyuna çıxmışdı. Hansı ki, həmin mayçda biz 10:0 deyil, 20:0 hesabı ilə qələbə qazanmalı idik. FİFA bu oyunu heç araşdırmadı.

* Son bir ildə cəmi 4 həftə İngiltərədə olmuşam. Bu, qızım nişanı ilə əlaqədar idi. Qalan vaxt Bəhreyində oluram, oyunları izləyirəm. Orada qalmaq, işləmək daha rahatdır. Azərbaycan və Berti Foqts haqqında heç nə deyə bilmərəm.

* Mən Bəhreyində gördüyüm işlər haqda danışacam. Bəhreyndə klublarla sıx əməkdaşlıq edirik. Məsələn, klubların qapıçılarla işləyən məşqçilərini dəvət edirik, yığmanın qapıçılarla işləyən məşqçisi onlara nələrisə öyrədir. Ən çox diqqət yetirdiyim məqamlardan biri klub menecerlərini, məşqçilərini tez-tez federasiyaya dəvət etmək biliklərimizi onlarla daim bölüşməkdir. Bizim kimi balaca ölkələr öz aralarında memorandum imzalamalı, qarşılıqlı əlaqələr şəraitində çalışmalıdır. Həm də klublar özləri də istəkli olmalı, federasiya ilə qarşılıqlı işləməlidir.

* Həmyerlim Toni Adamsın bir müddət Azərbaycanda məşqçi kimi çalışması haqda məlumatım var. Onunla PRO kateqoriyalı kurslarda görüşmüşdük. Həmin vaxt o burada işlədiyini qeyd etmişdi. Hazırda İngiltərədədir.



  #1   Adınız: Elvin VELIYEV;   E-mail: [email protected]

15.08.2012 08:48

oLumde pEwekarsiz aXi)))
dUnya cEmpionatinin fInalinda oYnamisiz!

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail