“Milan” dünyanın ən böyük komandasıdır” FOTO

14.08.2012 | 5120 dəfə oxunub


“Milan”ın yeni transferi Kristian Sapata təəssüratlarını bölüşüb.  Stadium.az xəbər verir ki, “Vilyareal”ın sabiq üzvü dünyanın ən böyük klubuna gəldiyini deyib: “Danışıqlar çox uzun çəkdi. İlk dəfə “Milan”ın mənimlə maraqlandığımı eşidəndə çox sevindim. Düşündüm ki, bu mənim üçün gözəl bir şansdır. “Milan” dünyanın ən böyük komandasıdır. Səbirsizliklə “Milan”ın formasında meydana çıxacağım günü gözləyirəm. Hamıya bu formanı geyməyə layiq olduğumu sübut etməyə çalışacağam. İtalyan futbolunu yaxşı tanıyıram. Çünki 6 il burda çıxış etmişəm. İndi yenidən doğma evimə qayıtdım. İspaniya hər şey ürəyimcə deyildi. Çünki sağ cinah müdafiəçisi mövqeyində çıxış edirdim. Lakin bu mənim mövqeyim deyil. Bilirəm ki, dünyanın ən yaxşı müdafiəçisi “Milan”ı tərk edib. İndi mən nəyə qadir olduğumu hamıya nümayiş etdirməliyəm. Bütün gücümlə çalışmalıyam, amma bu məni zərrə qədər də qorxutmur. Antonio Kassano ilə tanış olmaq çox maraqlı idi. O əsl xarakterə malik futbolçudur. Onun komandada olması böyük amildir. 17 nömrəli formanı seçdim. Çünki oğlum məhz həmin gündə anadan olub”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail