Millimizin Bəhreynə qarşı oynayacaq start heyəti

14.08.2012 | 5019 dəfə oxunub


Xəbər verdiyimiz kimi, dünən milli komandamızın Bəhreynə qarşı keçiriləcək oyunöncəsi açıq məşqi baş tutub. Hazırlıq prosesində bütün futbolçular iştirak edib. Stadium.az xəbər verir ki, məşqin gedişinə əsasən Bəhreynə qarşı keçiriləcək görüşdə ilk dəqiqələrdən meydana çıxacaq futbolçuları müəyyənləşdirmək mümkün olub.

Gözlənildiyi kimi, qapını Kamran Ağayev qoruyacaq. Zədəli olduğu üçün millinin son yoxlama oyunlarında iştirak etməyən Rəşad Sadıqov bu dəfə heyətdə yer almaqla yanaşı, həmişəki kimi komandanı meydana kapitan sarğısı ilə çıxaracaq. Rəşadın yanında “İnter”li Vladimir Levin yer alacaq. Sol cinahda “Əskişəhirspor”lu Ufuk Budak, sağda isə Elnur Allahverdiyev çıxış edəcək.

Dayaq yarımmüdafiəçisi mövqeyində həmklublar - Ruslan Abışovla Rahid Əmirquliyev yer alacaq. Onlardan bir qədər öndə isə İspaniyada legioner həyatı yaşayan Rizvan Umarov forma geyəcək. Cinahlar uyğun olaraq, Vaqif Cavadovla legioner həyatı yaşayan digər futbolçumuz Cavid Hüseynova tapşırılacaq. Yeganə hücumçu kimi isə ilk dəqiqələrdən meydanda “Xəzər Lənkəran”lı Branimir Subaşiç çıxış edəcək.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail