Bojidar Bandoviç 38-ci əcnəbi məşqçi oldu

14.08.2012 | 4419 dəfə oxunub

     

Azərbaycan Premyer Liqasının II turu “Bakı” klubunun baş məşqçisi Bojidar Bandoviçin debütü ilə əlamətdar oldu. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, “Simurq”la ev oyununda debüt oyununa çıxan paytaxt təmsilçisinin çalışdırıcısına qədər 37 legioner mütəxəssis Azərbaycan çempionatında meydana komanda çıxarmışdı. Onların bəziləri baş məşqçi, bəziləri isə istefaya göndərilən çalışdırıcını əvəzləyicisi kimi iş başında olub. Bandoviç bu siyahıya 38-ci məşqçi kimi düşüb.

O, ölkəmizdə çalışan 3-cü serbiyalı oldu. Ona qədər AZAL hələ “Olimpik” adlandığı vaxt Peter Kurçubiçə tapşırılmışdı. “Masallı” isə 1 oyunluq da olsa oynayan məşqçi Miroslav Saviçin rəhbərliyi altında meydana çıxıb. Bu 3 serbiyalıdan başqa daha 15 ölkə təmsilçisi Azərbaycan çempionatında iş başında olub: Türkiyə - 9, Ukrayna - 7, Gürcüstan - 4, Almaniya - 3, Bosniya və Herseqovina - 2, Çexiya, Əlcəzair, İngiltərə, Latviya, Litva, Makedoniya, Moldova, Rumıniya, Rusiya, Xorvatiya - hərəsi 1.

Bandoviçə qədər 2 klub daha çox - hərəyə 5 əcnəbi baş məşqçiyə güvənmişdi. “Bakı”nın tarixində 6-cı əcnəbi olan serbiyalı komandasının bu göstəricidə rekordçu olmasına töhfə verdi. Paytaxtın eyniadlı təmsilçisində makedoniyalı Qyoko Hacıyevski, türkiyəlilər Bülent Korkmaz və Cüneyt Biçer, almaniyalı Vinfred Şafer, latviyalı Aleksandr Starkov çalışıb. Digər klublar isə əcnəbi məşqçi sayında “Bakı”dan geri qalır: “Bakı” - 6, “Xəzər Lənkəran” - 5, “İnter”, “Simurq” - hərəsi 4, “Gənclərbirliyi” , “Neftçi”, “Standard”, “Turan” - hərəsi 3, “Muğan”, AZAL, “Qəbələ” - hərəsi 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Qarabağ”, “Sumqayıt” - hərəsi 1.

Qeyd edək ki, 4 mütəxəssis - Kaxaber Sxadadze, Cüneyt Biçer, Rasim Kara, Qyoko Hacıyevski Premyer Liqada 2 klubda çalışıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail