Fabio Kapello: “Rusiyalı azarkeşlər özlərini təhqir olunmuş kimi hiss edirlər”

13.08.2012 | 4976 dəfə oxunub


Rusiya milli komandası bu gündən etibarən avqustun 15-də Fil Dişi Sahilinə qarşı keçiriləcək yoxlama oyununun hazırlığına başlayıb. Stadium.az xəbər verir ki, ilk dəfə Rusiya millisini məşqə çıxaracaq Kapello hazırlıq prosesinə başlamadan öncə yerli jurnalistlərlə görüşüb. İtaliyalı mütəxəssis ilk növbədə Rusiya millisini çalışdırdığı üçün şad olduğunu söyləyib: “Bu gün burada olduğum üçün çox şadam. Güclü bir komandaya məşq keçmək mənim üçün şərəfdir. Fikrimcə, indiki halda biz azarkeşlərin milliyə olan sevgisini geri qaytarmalıyıq. Avro-2012-dən sonra rusiyalı fanatlar özlərini təhqir olunmuş kimi hiss edirlər”.

Kapello uğur qazanmaq üçün lazım olan keyfiyyətləri açıqlayıb: “Futbolçular hər bir oyuna əmzkarlıq, böyük istək və yüksək əhval-ruhiyyədə çıxmalıdırlar. Yalnız bu halda uğur qazanmaq mümkündür. Rusiya millisində uğur qazanmaq üçün lazım olan bütün keyfiyyətlər var”.

İtaliyalı mütəxəssis komandasında görmək istədiyi xüsusiyyətlər haqda da danışıb: “Mən ətrafımda əsl komanda, kollektiv görmək istəyirəm. Hansılar ki, qarşıya qoyulan məqsədə çatmaq üçün dayanmadan öz üzərlərində çalışırlar. Uğura aparan yollardan biri də komanda daxilində hər kəsin bir-birinə hörmət bəsləməsidir. Fikrimcə, futbolçularla aramda heç bir problem olmayacaq. Biz hamımız dostuq. Qələbə qazanmaq üçün komanda şəklində çalışmalıyıq. Hamıya uğurlar arzu edirəm. Başladıq”.

Xatırladaq ki, Rusiya millisi Dünya Çempionatı-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibidir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail