22-ci kapitan, 71-ci qoleador, 138-ci futbolçu

13.08.2012 | 5416 dəfə oxunub


Premyer Liqanın II turunda “İnter”i 1:0 hesabı ilə məğlub edən “Qəbələ” ötənilki startını təkrarladı. Stadium.az “Qəbələ”nin rəsmi internet saytına istinadən xəbər verir ki, 1 il əvvəl də ilk turda heç-heçə edib, növbəti qarşılaşmasında qalib gələn komanda həmin vaxt olduğu kimi 2 turdan sonra 2 top vurub və 1-ni buraxmaqla 4 xala sahibdir. Lakin “İnter”lə oyun başqa məqamlarla da diqqət çəkib.

- Ötən mövsümün 29-cu turunda “İnter”ə səfərdə 1:2 hesabı ilə uduzduqdan sonra 5 matçdır ki, “Qəbələ” uduzmur. Üstəlik ardıcıl 7 oyundur ki, Fatih Kavlakın yetirmələri hər matçda ən azı 1 qol vurur.

- Bu, ev oyunlarında ardıcıl 3-cü qələbə oldu.

- “İnter”lə oyunda 1 futbolçu - Murad Musayev ilk dəfə “Qəbələ” formasında meydana çıxdı. Onun debüt etməsi ilə klub tarixində forma geyənlərin ümumi sayı 138-ə çatdı. Bu 138 futbolçudan 77-si yerli, 61-i legionerdir. 18 yaşlı debütant klub tarixinin 77-ci yerli oyunçusu oldu.

- Premyer Liqada “Qəbələ” forması geymiş oyunçuların sayı isə 123-ə çatdı.

- “Qəbələ”də qol hesabını açan Lourival Assis Rodriges qol vuran 71-ci futbolçu kimi klub tarixinə adını yazdırıb. Bu 71 oyunçudan başqa daha 6 avtoqol da qeydə alınıb. Legioner həm də Premyer Liqada qol vuran 52-ci “Qəbələ”li oldu.

- İki futbolçu - Aleksandr Çertoqanov və Viktor Mendi Premyer Liqa matçına 30-cu dəfə “Qəbələ” formasında çıxdı.

- İlk dəfə “Qəbələ”ni kapitan sarğısı ilə meydana çıxaran Çertoqanov buna nail olan 22-ci futbolçumuz oldu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail