London-2012: Ölkəmizə sonuncu medalı Qazyumov qazandırdı YENİLƏNİB

12.08.2012 | 7726 dəfə oxunub

Sərbəst güləş yarışlarında bu gün son iki idmançımız mübarizəyə qoşulacaq. Stadium.az xəbər verir ki, hər iki güləşçimizin potensialı komanda yoldaşları - Toğrul Əsgərovla Şərif Şərifovun uğurunu təkrarlamağa imkan verir.

Cəbrayıl Həsənov 66 kq

Cəbrayıl ilk mərhələdən azaddır. Güləşçimiz mübarizəyə 1/8 finaldan qoşulacaq. Burada isə Həsənovun rəqibi bolqarıstanlı Leonid Bazan Anatolieviç olacaq. Gənclər arasında dünya, böyüklər arasında ikiqat Avropa çempionu olan Həsənov turnirə uğurla start verib, 1/4 finala yüksəlsə, o zaman Jared Freyer (ABŞ) - Əli Şabanau (Belarus) cütünün qalibi ilə görüşəcək.

Cərbayıl turnirə uğurla start verib. Güləşçimiz bolqar rəqibi üzərində çətinlik çəkmədən qələbə qazanıb və 1/4 finala yüksəlib. Bu mərhələdə güləşçimizin rəqibi Belarus güləşçisi Əli Şabanaudur. 

Güləşçimiz belaruslu rəqibi üzərində də qələbə qazanaraq, yarımfinala yüksəlib. Bu mərhələdə Həsənov yaponiyalı Tatsuhiro Yonemitsu ilə qarşılaşıb. Lakin uğurun ardını gətirə bilməyən Həsənov finaldan kənarda qalıb. Yaponiyalı güləşçiyə uduzan idmançımız bürünc medal üçün təsəlliverici görüşə çıxacaq.   

Güləşçimiz bürünc medal uğrunda 1 görüş keçirəcək. Həlledici qarşılaşmada Həsənov Livan Azcuy Lopez (Kuba) - Haislan Garsia Veranes (Kuba) cütünün qalibi ilə qarşılaşacaq.

 O, son qarşılaşmasında Hayslan Veranesə (Kanada) qalib gələn Livan Lopezi (Kuba) sınağa çəkib.

Görüş Cəbrayılın üstünlüyü ilə başlayıb. O, bunun məntiqi nəticəsi kimi ilk hissədə 3:0 hesablı qələbə də qazanıb. Amma bundan sonra Lopez təşəbbüsə yiyələnib. Növbəti 2 dəqiqədə hesabı bərabərləşdirən (2:0) kubalı həlledici hissədə 0:1 hesabı ilə geridə olarkən, Hüseynovun kürəyini xalçaya vurub. Bununla da Cəbrayıl bürünc medalı son anda əlindən verərək, Olimpiadanı 5-ci yerdə başa vurub. 

Xetaq Qazyumov 96 kq

Cəbrayıl kimi Xetaq da ilk mərhələdən azaddır. Pekin olimpiadasının bürünc mükafatçısı mübarizəyə 1/8 finaldan start verəcək və ilk görüşdə Belarus güləşçisi, əslən Mahaçkaladan olan, 35 yaşlı Ruslan Şeykaunu sınağa çəkəcək. Bu mərhələni uğurla keçəcəyi halda, Qazyumov 1/4 finalda Valeri Andriitsev (Ukrayna) - Rustam İskəndəri (Tacikistan) cütünün güclüsü ilə qarşılaşacaq. 

Qazyumov da yarışa uğurla start verib Təcrübəli güləşçimiz belaruslu rəqibini üstələyərək, 1/4 finala adlayıb. 

Təəssüf ki, medal ümidlərimizdən olan Qazyumov yarımfinala yüksələ bilməyib. Xetaq ukraynalı güləşçi Valeru Andritsevə uduzb. İndi bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq üçün Qazyuimov ukraynalının finala yüksəlməsinə ümid etməlidir. Ukraynalı güləşçi finala yüksəldiyindən Qazyunov da bürünc medal uğrunda mübarizə aparacaq. Güləşçimiz ilk təsəlliverici görüşdə Rustam İskəndəri (Tacikistan), daha sonra isə Rza Mohammed Eli Yazdanini (İran) məğlub etməlidir. Hər iki qarşılaşmanı uğurla başa vuracağı halda, Qazyumov bürünc medala sahib çıxacaq.   

Təmsilçimizin növbəti rəqibi iranlı Əli Yazdani olmalı idi. Lakin o Andritsyevlə qarşılaşmanın ilk hissəsində zədələnərək, görüşü vaxtından əvvəl tərk etdiyindən bürünc medal uğrunda mübarizə aparmayıb və Qazyumov Olimpiadanı 3-cü yerdə başa vurub. Bu, onun Olimpiya Oyunlarında 2-ci, yığmamızın isə Londonda 6 bürünc medalı olub. Komandamız bununla da 10-cu medalını rəsmiləşdirib. İdmançılarımız Londonda 6 bürünc medalla yanaşı, 2 qızıl və 2 gümüş medala da yiyələniblər. 

Olimpiadaya 6 idmançı ilə yollanan sərbəst güləş üzrə yığmamız yarışı 2 qızıl və 1 bürünc medalla başa vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail