London-2012: Toğrul Əsgərov və Şərif Şərifov olimpiya çempionlarıdır!!! YENİLƏNİB

11.08.2012 | 10099 dəfə oxunub



Bu gün  XXX Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarında 60, 84 və 120 kq-da mübarizəyə start verilib. Stadium.az xəbər verir ki, hər 3 çəkidə təmsilçilərimiz mübarizə aparır.

Toğrul Əsgərov 60 kq

Toğrul Əsgərov ilk mərhələdən azaddır. Güləşçimiz mübarizəyə 1/8 finaldan qoşulub. İdmançımızın ilk rəqibi alman Tim Schleicher olub. Sevindirici haldır ki, Əsgərov turnirə uğurla start verib. Güləşçimiz alman rəqibi üzərində qələbə qazanmaqla 1/4 finala yüksəlib. Bu mərhələdə isə Toğrul Əsgərov Yaponiya güləşçisi Kenichi Yumoto ilə görüşəcək. 

Sevindirici haldır ki, Əsgərov ikinci görüşünü də qələbə ilə başa vurub. Güləşçimiz yaponiyalı rəqibi üzərində qələbə qazanmaqla yarımfinala adlayıb. Bu mərhələdə Toğrul Əsgərov ABŞ güləşçisi Scott Coleman ilə qarşılaşacaq. 

İdmançımız möhtəşəm çıxışını yarımfinalda da davam etdirib. Amerikalı rəqibi üzərində qələbə qazanmaqla Toğrul Əsgərov finala yüksəlib. idmançımız qızıl medal uğrunda döyüşdə rusiyalı Besik Kudukovla mübarizə aparacaq. Rusiyalı güləşçi əvvəlki mərhələlərdə Puerto Rika, Hindistan, İran və KXDR güləşçilərini məğlub edib. Kudukov son olimpiadada üçüncü olub. O həm də 4 qat dünya çempionudur.

Toğrul Əsgərov Azərbaycana XXX Yay Olimpiya Oyunlarında ilk qızıl medalı qazandırdı.  Güləşçimiz rusiyalı rəqibini məğlub edərək, olimpiya çempionu oldu. Ümid edirik ki, Şərif Şərifov da Toğrulun uğurunu təkrarlayacaq. 

Şərif Şərifov 84 kq

84-kqda mübarizə aparan Şərif Şərifov da ilk mərhələdən azaddır. Güləşçimiz mübarizəyə 1/8 finaldan qoşulub. İdmançımızın ilk rəqibi türkiyəli İbrahim Bolukbaşıdır. Toğrul Əsgərov kimi Şərif Şərifov da yarışa inamla start verərək, ilk görüşünü qələbə ilə başa vurub. Qardaş ölkə təmsilçisi üzərndə qazanılan qələbə Şərifovu 1/4 finala yüksəldib. Burada isə güləşçimiz ABŞ-ı təmsil edən Jake Herbertlə qarşılaşacaq. 

Şərifov da ikinci görüşünü də qələbə ilə başa vurub. Güləşçimiz amerikalı rəqibi üzərində qələbə qazanmaqla yarımfinala adlayıb. Bu mərhələdə Şərifovun rəqibi Ehsan Naser Lashgari olacaq.   

Toğrul Əsgərov kimi Şərif Şərifov da finala yüksəlməyi bacarıb. İdmançımız iranlı rəqibi üzərində qələbə qazanmaqla həlledici mərhələyə vəsiqə qazanıb. Finalda Şərifov Puerto Rika güləşçisi Jaime Yusept Espinalla qarşılaşacaq. Qeyd edək ki, Espinal həlledici döyüşədək Nigeriya, Gürcüstan və Belarus güləşçilərinə qalib gəlib. Şərifovun iştirakı ilə final görüşü 23:21-də start götürəcək.  

Möhtəşəm!!! Toğrul Əsgərovun ardınca Şərif Şərifov da olimpiya çempionu oldu. XIV gün ərzində qızıl medla qazana bilməyən Azərbaycan millisinin üzvləri 1 gündə iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə yüksəldilər. Şərifov Puerto Riko güləşçisini məğlub edib, olimpiya çempionu oldu və ölkəmizə XXX Yaya Olimpiya Oyunlarında ikinci qızıl medalı qazandırdı. 

Cəmaləddin Maqomedov 120 kq

Ən ağır çəkili güləşçimiz olan Maqomedov ilk mərhələdən mübarizəyə başlayıb. O ilk döyüşündə Rusiya güləşçisi Bilyal Maxovla görüşüb. Təəssüf ki, idmançımız turnirə uğursuz start verərərk, rusiyalı rəqibinə uduzub. Maxov yarımfinalda uduzduğundan idmançımız təsəlliverici döyüşlərə qatılmaq imkanından məhrum olub. Bu isə güləşçimizin turniri medalsız başa vurması deməkdir.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail