"Xəzər Lənkəran" və "Qəbələ" qələbə qazandı, "Bakı" 1 xalla başladı YENİLƏNİB

10.08.2012 | 9395 dəfə oxunub



Bu gün Azərbaycan Premyer Liqasında II turun oyunlarına start verilib. Stadium.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub. 


"Bakı" - "Simurq" 0:0

"Bakı" FK-nın təlim-məşq bazasının stadionu

Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Coşqun Həsənov, Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Oqtay Abdullayev

Hakim-inspektor: Xəqani Məmmədov

“Bakı”: 82. Edin Nvredinovski, 3. Denis İvanovs, 6. İbrahim Karqbo, 7. Deividas Çesnauskis, 8. Junior Xavier Vilson, 15. Cəmşid Məhərrəmov (k), 19. Nurlan Novruzov, 24. Kovaçeviç Nenad, 25. Şəhriyar Əliyev, 38. Namiq Ələsgərov, 77. Aleksandar Soliç 

Ehtiyat oyunçular: 93. Elxan Əhmədov, 5. Duje Bakoviç, 10. Horvat Lukas Mario, 20. Elşad Manafov, 22. Vangelis Mantsios, 36. Uinston Parks, 99. Rəhman Hacıyev

"Simurq”: 22. Pietrzkieviç David, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 13. Aleksandr Şemonayev, 14. Asif Mirili, 9. Marsin Burkbard, 15. Stepan Polyak, 21. Murad Səttarlı, 8. Qərib İbrahimov, 79. Nenad Stoyanoviç         

Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 7. Ruslan Poladov, 17. Rüstəm Məmmədov, 24. Mehman Məmmədov, 19. Nicat Qurbanov, 20. Rəşad Əyyubov, 18. Qafar Qafarov
 
* Qarşılaşmanın startı yubanır. Qapılardan birinin torunda problem var. 
* 6 dəqiqəlik gecikmə ilə oyun başladı.
* Bu görüşdə Edin Nuredinovski "Bakı"nın heyətində debüt edir. Eyni zamanda gənc Namiq Ələsgərov da ilk dəfə meydana start heyətində çıxıb. Matç həm də Bojidar Bandoviçin "Bakı"nın baş məşqçisi kimi debüt görüşüdür. 
* İlk dəqiqələr oyun tempi bir qədər aşağıdır. 
* 7-ci dəqiqədə "Simurq" künc zərbəsi yerinə yetirsə də, "Bakı"nın müdafiəçiləri topu uzaqlaşdırdılar.  
* "Bakı" hesabı aça bilərdi. Lkain Nurlanın zərbəsi dəqiq alınmadı. 
* "Simurq" ardıcıl iki dəfə fərqlənə bilərdi. Lakin "Bakı" üçün hər şey yaxşı qurtardı.
* Juniorun uzaqdan zərbəsi üsatdən keçdi.
* Nurlan daha bir şansı boşa verdi
* "Bakı" rəqibi qapısına doğru sıxışdırsa da, son nöqtəni qoymaq mümkün olmur.
* İlk yarı başa çatdı. Komandalar fasiləyə qolsuz yollandılar.   
* İkinci hissə başladı. 
* "Simurq"un əks hücumu çox təhlükəli alındı. Lakin Nuredinoski qola imkan vermədi.  
* Üstünlük "Bakı"nən təfərində olsa da, "zolaqlılar" rəqibin müqavimətini qıra bilmir. 
* "Bakı"nın heyətində Mantsiosis meydana daxil olur. Görək yunan forvard debütunu qolla qeyd edə biləcəkmi?
* "Bakı" hesabı aça bilərdi. Lakin Nurlanın zərbəsində azacıq dəqiqlik çatmadı. 
* "Simurq"un futbolçuları açıq-aşkar vaxtı udzadırlar. Bu isə haqlı olaraq azarkeşlərin narazılığına səbəb olur. 
* Oyun başa çatdı. "Bakı" mövsümə xal itkisiylə start verdi. "Simurq" isə ardıcıl ikinci görüşündə də meydandan 1 xalla ayrıldı. 


"Qəbələ" - "İnter" 1:0 

Qol: Lourival Rodrigez 13 

Qəbələ şəhər stadionu

Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Azər Əsgərov, Fuad Həsənov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Əhmədağa Cabbarov

"Qəbələ”: 25. Kosta Silva Dieqo, 8. Bruno Da Silva, 10. Luis Paulo Hilario, 11. Yannik Kamanan, 15. Kalabane Umar, 18. Aleksandr Çertoqanov (k), 22. Lourival Rodriqes, 27. Rəşad Abdullayev, 94. Murad Musayev, 84. Kelhar Dejan, 88. Nodar Məmmədov

htiyat oyunçular: 30. Anar Nəzirov, 3. Vurğun Hüseynov, 9. Viktor Mendi, 20. Rəşid Əmiraslanov, 21. Elmar Baxşıyev, 23. Şəhriyar Xəlilov, 99. Amil Yunanov

İnter”: 1. Giorgi Lomaya, 5. Slavço Georgiyevski, 10. George Adamiya, 11. Asif Məmmədov, 15. Volodimir Levin (k), 18. İlia Kandelaki, 20. Brüs Abdulaye, 23. Tales Şütz, 47. Abdulla Abatsiyev, 77. Ruslan Əmircanov, 87. Haynts Barmettler

Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze

* Oyun başladı. 

* "İnter" rəqibə nisbətən daha fəal görünür.    

* "İnter" ardıcıl hücumlar qurur. Lakin "Qəbələ"nin qapıçısı hələ ki etibarlı oyunu ilə rəqibin sevinməsinə imkan vermir. 

* "İnter" matçda ilk real qol epizodunu yaxaladı. Lakin top az fərqlə qapıdan aralı keçdi. Bir qədər dəqiqlik olsaydı, "İnter" artıq hesabda öndə olacaqdı. 

* Hücum edən tərəf "İnter" olsa da, qol "Qəbələ"dən gəldi. Lourival Rodrigez hesabı açdı. "Qəbələ" öndədir - 1:0. 

* "İnter" hesabı bərabərləşdirə bilərdi. Lakin Koşta bu dəfə də keçilməzdir.

* "Qəbələ" fərqi artıra bilərdi. Lakin Lomaya bu dəfə səhvsiz oynadı.  

* "İnter"in müdafiəsində kobud səhv. Lakin Lomaya ikinci qol aimkan vermir. 

* İlk yarı başa çatdı. "Qəbələ" fasiləyə üstün durumda yollanır  

* İkinci hissə start götürdü.  

* Mübarizə əsasən meydanın mərkəzində keçir. 

* Ruslan Əmircanovun cərimə zərbəsi qeyri-dəqiq olur. 

* "İnter" hesabı bərabərləşdirməyə çalışır. Lakin "Qəbələ"nin arxa xətti hələ ki etibarlı oynayır.  

* "Qəbələ" fərqi artıra bilərdi. Lakin Lomaya bu dəfə rəqibin sevinməsinə imkan vermədi.

* Rəşad Abdullayevin zərbəsi dəqiq alınmadı.  

Görüş başa çatdı. "Qəbələ" mövsümdə ilk qələbəsini qazandı. "İnter" isə ikinci görüşündə də qələbəyə həsrət qalmaqla yanaşı, həm də ilk məğlubiyyətini aldı. 


"Xəzər Lənkəran" - "Kəpəz" 4:0 

Qollar: Adrian Skarlatake 15, Ruslan Abışov 21, Adrian Pit 35, Robert Alviz 38

Lənkəran şəhər mərkəzi stadionu

Hakimlər: Rəhim Həsənov, Elman Musayev, İsgəndər Əliyev, Fərid Məmmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Əli Hüseynov

"Xəzər Lənkəran": 25. Orxan Sadıqlı, 5. Elnur Allahverdiyev, 6. Robert Alviz, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 15. Ruslan Abışov, 16. Adrian Pit, 14. Rahid Əmirquliyev (k), 21. Radomir Todorov, 27. Adrian Skarlatake

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 55. Ağabala Ramazanov, 42. Kamran Abdullazadə, 18. Alim Qurbanov, 17. Kazım Kazımlı, 10. Elnur Abdullayev, 4. Akif Tağıyev

"Kəpəz" 22. Tural Abbaszadə, 5. Əli İsmayılov (k), 15. Şahin Kərimov, 24. Fərid Həşimzadə, 66. Lyuba Baranin, 18. Nikolay Svejnitsov, 3. Təbriz Hüseynli, 10. Armand Feutçin, 6. Məhərrəm Hüseynov, 9. İrakli Beraya, 30. Yuri Fomenko

Ehtiyat oyunçular: 1. İvan Radoş, 2. Ceyhun Əhmədov, 4. Azər Məmmədov, 19. Sərxan İsmayılov, 11. Qoqa Beraya, 8. Elvin Həsənəliyev, 7. Pərvin Paşayev

* Oyun başladı.  

* İlk dəqiqələrdən meydan sahibləri fəaldırlar. 

* Subaşiçin zərbəsini qapıçı qaytardı.

* QOL. Adrian Skarlatake hesabı açdı. "Xəzər Lənkəran" önə keçir - 1:0. 

* "Xəzər Lənkəran" qoldan sonra da üstünlüyünü davam etdirir. 

* Bu da ikinci qol. Ruslan Abışov hesab arasındakı fərqi artırdı. Marqlıdır ki, cənubluların hər iki qoluna mərkəz müdafiəçiləri imza atıb. 

* "Kəpəz"in heyətində erkən dəyişiklik. Əli İsmayılovu Pərvin Paşayev əvəzlədi.  

* QOLLL. Adrian Pit hesabı 3:0-a çatdırdı. 

* Bu artıq darmadağındır. Alviz hesabı 4:0 etdi. 

* İlk yarı başa çatdı.

* İkinci hissə start götürdü. 

* Fasilədən sonra da üstünlük "Xəzər Lənkəran"ın tərəfindədir.  

* Oyun əsasən sakit məcrada keçir. 

* Artıq qələbəni təmin olunduğunu anlayan baş məşqçi Yunis Hüseynov gənclərə şans verir. Belə ki, "Xəzər Lənkəran"ın heyətində Tounkatanı gənc Kamran Abdullazadə əvəzlədi.   

* Ruslan Abışovun əvəzinə isə meydana Ağabala Ramazanov daxil oldu. 

* Pitin cinahdan yerli ötürməsi təhlükəli alına bilərdi. Lakin son nda müdafiəçilər topu auta çıxardılar. 

* Alvizin zərbəsi rəqibdən geri döndü. 

* "Kəpəz"də isə İrakli Berayanı qardaşı Qoqa əvəzləyir.

* "Kəpəz" hesab arasındakı fərqi azaltmağa yaxın idi. Lakin dirək qola mane oldu.

* Görüş başa çatdı. "Xəzər Lənkəran" yeni mövsümdə ilk qələbəsini qazandı. 


Turun daha 3 oyunu isə sabah keçiriləcək: "Qarabağ" - "Neftçi", AZAL - "Rəvan", "Turan" - "Sumqayıt"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail