PFL rəsmisi “Simurq”a lağ etdi: “Bunu bilməmək axmaqlıqdır”

09.08.2012 | 5305 dəfə oxunub


Premyer Liqanın ilk turunda keçirilən “Simurq” - “Qəbələ” görüşündən sonra Zaqatala klubunun nümayəndələri rəqibə texniki məğlubiyyət verilməsini istəyiblər. “Simurq”lular bunu Ürfan Abbasovun meydandan qovulmasından sonra “Qəbələ”nin heyətində 21 yaşadək futbolçunun olmaması ilə əlaqələndiriblər. Xatırladaq ki, yeni mövsümün əsasnaməsinə əsasən komandaların heyətlərində minimum 1 21 yaşadək futbolçu olmalıdır. Lakin PFL-in rəsmisi Məlik Həsənov “Simurq”un iddiasını rədd edib: “Komandanın 21 yaşlı futbolçusu qırmızı vərəqə alaraq, meydandan qovulsa, məşqçi məcbur deyil ki, meydana yaşı 21-ədək olan futbolçu buraxsın. 21 yaşlı futbolçu zədələnib meydanı tərk etsə və ya əvəzlənsə, o zaman həmin futbolçunun əvəzinə həmyaşıdı daxil olmalıdır. O ki qaldı, “Simurq”un bu səbəbdən “Qəbələ”yə texniki məğlubiyyət verilməsini tələb etməsinə, bunu bilməmək axmaqlıqdır. Çünki biz bütün klub rəsmilərinin iştirakı ilə iclas keçirib, yeni qaydalar haqda onları ətraflı məlumatlandırmışıq. Burda anlaşılmaz bir şey yoxdur. Özlərindən qaydalar çıxarmasınlar”. 

Futbol+


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail