Rövşən Bayramov: “Rio-de-Janeyroda əsas hədəfim qızıl medal qazanmaqdır”

08.08.2012 | 5186 dəfə oxunub


“Olimpiadada zəif idmançı olmur, buraya seçmə atletlər gəlir. Finala yüksəlmək üçün hansı qrupa düşsəydim, udmalıydım. Necə deyərlər, çətinliyin öhdəsindən gəldim və finala yüksəldim”. Stadium.az xəbər verir ki, bu sözləri Yay Olimpiya Oyunlarının ikiqat gümüş medalçısı, yunan-Roma güləşi üzrə millimizin üzvü Rövşən Bayramov deyib.

Bayramov fəxri kürsüdə yer almağı böyük şərəf saysa da, yalnız finalda uduzmasına təəssüflənir: “Amma çox təəssüf edirəm ki, mən qızıl medalı qazana bilmədim. Buna baxmayaraq, Olimpiya Oyunlarından medalla qayıtmaq böyük bir şərəfdir. Əlbəttə, çox çalışırdım ki, ikinci Olimpiadamdan qızıl medalla qayıdam. Bildiyiniz kimi rəqibim də çox güclü, 5 qat dünya çempionu idi. Çox gərgin döyüşümüz keçdi. Ola bilsin özümdə inam az oldu”.

25 yaşlı idmançımız bu arzusunu 4 ildən sonra Rio-de-Janeyroda keçiriləcək Olimpiadada gerçəkləşdirəcəyinə inanır. O, İTV-yə verdiyi müsahibəsində bildirib ki, həmin yarışda əsas hədəfi yalnız çempionluq olacaq: “Hər bir idmançı yalnız Olimpiadada qızıl medalı fikirləşir. Əlimizdən gələni edəcəyik ki, arzuları yerinə yetirək. Buna görə də var gücümüzlə hazırlaşacağıq ki, qarşımıza qoyulan imtahanın öhdəsindən gələk. Rio-de-Janeyroda əsas hədəf qızıl medal olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail