London-2012: Kanoeçilərimizin finaldakı rəqibləri müəyyənləşdi

07.08.2012 | 4300 dəfə oxunub


XXX Yay Olimpiya Oyunlarında finala yüksələn kanoeçiləri Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət duetin həlledici yürüşdəki rəqibləri müəyyənləşib. Stadium.az xəbər verir ki, 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafədə yarımfinal yürüşləri yekunlaşdıqdan sonra həlledici mərhələyə daha 6 vəsiqə sahibini tapıb.

İlk yarımfinal yürüşünün qalibi finişə 3 dəqiqə 36,456 saniyəyə çatmış Aleksey Korovaşkov - İlya Pervuxin dueti (Rusiya) olub. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi Andrey Baqdanoviç - Aleksandr Baqdanoviç cütlüyü (Belarus) son anda birinci yeri əldən verib və rusiyalı duetdən cəmi 0,084 saniyə geri qalıb. 2011-ci ildə 500 metr məsafəyə yürüşdə dünya çempionu Liviu Lazar Dumitresku - Viktor Mixalaki dueti (Rumıniya) isə yürüşün axırıncı bölümündə ilk “3-lüy”ə düşməyi bacarıb və liderə cəmi 0,095 saniyə uduzub. Hər üç duet əsas finala yüksəlib. Sonrakı 2 yeri tutmuş Polşalı Martsin Qrjibovski - Tomaş Kaçor (3:37.695) və avstraliyalı Aleks Haas - Ceyk Donagey cütlüyü (3:52.018) 9 - 12-ci yerlər uğrunda mübarizəni nəzərdə tutan B finalında çıxış edəcəklər.

Digər yarımfinal yürüşündə isə ilk 3 yeri çinli Maosinq Huanq - Li Kianq (3:37.746), çexiyalı Yaroslav Radon – Filip Dvoryak (3:37.839) və kubalı Serxuey Torres - Xose Karlos Bulnes dueti (3:41.619) tutub. Onlar da əsas finala yüksəliblər. Braziliyalı Erlon Silva - Ronilson Oliveyra (3:42.101) və anqolalı Nelson Henrikes - Fortunato Pakavira (4:18.543) duetləri isə B finalında yarışacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail