London-2012: Bakıda çempion olan güləşçi Türkiyəyə ilk medalı qazandırdı

07.08.2012 | 5362 dəfə oxunub


XXX Yay Olimpiya Oyunlarının X günündə Türkiyə millisi nəhayət ki, medal hesabını açıb. Stadium.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə 120 kq çəki dərəcəsində yarışda türkiyəli Rza Kayaalp qardaş ölkəyə Londonda ilk medalı qazandırıb. Rza Kayaalp yalnız yarımfinalda kubalı güləşçiyə uduzaraq, bürünc medala yiyələnib.

Qeyd edək ki, 22 yaşlı Kapaalp 2009-cu ildə gənclər arasında dünya çempionu olub. Növbəti ildən böyüklərin yarışına qatılan Rza 2010-cu ildə Bakıda, 2 il sonra Belqradda keçirilən Avropa çempionatlarının, eləcə də 2011-ci ildə İstanbulda dünya çempionatının qalibi olub. Gənc güləşçi həmçinin son iki dünya kubokunda da rəqib tanımayıb. 

Qeyd edək ki, London Yay Olimpiya Oyunlarına 114 idmançı ilə qatılan Türkiyə millisinin ilk 9 gündə mübarizə aparan 61 idmançısı uğursuzluğa düçar olaraq, medal qazana bilməyib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail