London-2012: Kanoeçilərimiz finalda!!! YENİLƏNİB

07.08.2012 | 6741 dəfə oxunub



Azərbaycan kanoeçilərindən ilk olaraq mübarizəyə Sergey Bezuqlıy - Maksim Prokopenko dueti başlayıb. Stadium.az xəbər verir ki, onların çıxış etdikləri 1000 metr məsafəyə 2 nəfərlik qayıqla yürüşdə üst-üstə 12 duet 2 bərabər qrupa bölünüb. İdmançılarımız ikinci qrupda yer alıblar. Bezuqlıy - Prokopenko dueti Nelson Henrikes - Fortunato Pakavira (Anqola), Sergey Torres - Xose Karlos Bulnes (Kuba), Liviu LazarDumitresku - Viktor Mixalaki (Rumıniya), Andrey Baqdanoviç - Aleksandr Baqdanoviç (Belarus) və Erlon Silva - Ronilson Oliveyra (Braziliya) ilə yarışıblar.

Duetimiz seçmə mərhələdə möhtəşəm çıxış edərək, birinci yeri tutublar. 3 dəqiqə 38 saniyə nəticə göstərən idmançılarımız birbaşa finala yüksəlməyi bacarıblar. 

Seçmə yürüşlərdə hər qrupda ilk 2 yeri tutanlar birbaşa əsas finala yüksəliblər. Qalan 10 cütlük yenidən 2 qrupa bölünəcək və bu gün saat 15:09-da startı veriləcək yarımfinal yürüşlərinə qatılacaq. Yarımfinalda hər qrupda ilk 3 yeri tutanlar avqustun 9-da saat 13:30-da keçiriləcək final yürüşündə iştirak edəcəklər. Qalan yerlərin sahibləri isə 9-cu yer uğrunda mübarizəni nəzərdə tutan B finalında yarışacaqlar. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail