Premyer Liqanın son bombardiri bu gün 29 yaşını qeyd edir VİDEO

06.08.2012 | 4682 dəfə oxunub


Bu gün Hollandiya millisinin və “Arsenal”ın hücumçusu Robin Van Persinin ad günüdür. Stadium.az xəbər verir ki, holland futbolçunun 29 yaşı tamam olur. Van Persi peşəkar karyerasına “Feyenord”da başlayıb. 2004-cü ildə “Arsenal”a transfer olunub və bu günə qədər də “topçular”ın şərəfini qoruyur. Van Persi “Feyenord”un heyətində 2004-cü ildə UEFA, “Arsenal”la birgə isə 2 dəfə İngiltərə Kuboku və Superkubokunu qazanıb. 2010-cu ildə Hollandiya millisinin heyətində dünya çempionatının gümüş medalına yiyələnib.

Son 6 ilin dördündə holland forvard “Arsenal”ın ən yaxşı bomvardiri olub. 3 dəfə isə ayın ən yaxşı futbolçusu seçilib. Ötən mövsüm isə Van Persi həm futbolçuların, həm də azarkeşlərin seçiminə əsasən İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu adına yiyələnib. O həm də son mövsüm Premyer Liqanın ən yaxşı bombardiri olub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail