London-2012: Kanoeçilərimizin rəqibləri müəyyənləşdi

06.08.2012 | 5906 dəfə oxunub


Azərbaycan kanoeçilərinin 2012-ci il London Yay Olimpiya Oyunlarında rəqibləri müəyyənləşib. Stadium.az xəbər verir ki, bu növ üzrə digər reqatalardan fərqli olaraq, olimpiadada hər bir finalda 9 yox, 8 idmançı yer alacaq. Əvəzində seçmə və yarımfinal mərhələlərində iştirakçıların sayı az olacaq. Təşkilatçıların əsas məqsədi tamaşaçıların daha çox yürüş izləmələrinə şərait yaratmaqdan ibarətdir. Bu səbəbdən, seçmə və yarımfinal mərhələlərində həm 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Sergey Bezuqlıy - Maksim Prokopenko duetinin, həm də 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə Valentin Demyanenkonun rəqibləri 7 deyil, 5-6 ölkəni təmsil edəcək.

Əvvəlcə mübarizəyə avqustun 7-də Bezuqlıy - Prokopenko dueti başlayacaq. Onların çıxış edəcəkləri 1000 metr məsafəyə 2 nəfərlik qayıqla yürüşdə üst-üstə 12 duet 2 bərabər qrupa bölünüb:

1-ci qrup

1. Aleks Haas - Ceyk Donagey (Avstraliya)

2. Maosinq Huanq - Li Kianq (Çin)

3. Yaroslav Radon - Filip Dvoryak (Çexiya)

4. Peter Kretşmer - Kurt Kuşela (Almaniya)

5. Aleksey Korovaşkov - İlya Pervuxin (Rusiya)

6. Martsin Qrjibovski - Tomaş Kaçor (Polşa)

2-ci qrup

1. Nelson Henrikes - Fortunato Pakavira (Anqola)

2. Sergey Torres - Xose Karlos Bulnes (Kuba)

3. Liviu Lazar-Dumitresku - Viktor Mixalaki (Rumıniya)

4. SERGEY BEZUQLIY - MAKSIM PROKOPENKO (AZƏRBAYCAN)

5. Andrey Baqdanoviç - Aleksandr Baqdanoviç (Belarus)

6. Erlon Silva - Ronilson Oliveyra (Braziliya)

Mübarizəyə Bakı vaxtı ilə saat 13:46-da start veriləcək. Seçmə yürüşlərdə hər qrupda ilk 2 yeri tutanlar birbaşa əsas finala yüksələcəklər. Qalan 10 cütlük yenidən 2 qrupa bölünəcək və həmin gün saat 15:09-da startı veriləcək yarımfinal yürüşlərinə qatılacaq. Yarımfinalda hər qrupda ilk 3 yeri tutanlar avqustun 9-da saat 13:30-da keçiriləcək final yürüşündə iştirak edəcəklər. Qalan yerlərin sahibləri isə 9-cu yer uğrunda mübarizəni nəzərdə tutan B finalında yarışacaqlar.

 

Avqustun 10-da isə Demyanenko start xəttinə çıxacaq. Onun çıxış edəcəyi 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə seçmə mərhələnin 25 iştirakçısı 4 qrupa bölünüb:

1-ci qrup

1. Sebastian Marçak (Avstraliya)

2. Naoya Sakamoto (Yaponiya)

3. Ronilson Oliveyra (Braziliya)

4. VALENTIN DEMYANENKO (AZƏRBAYCAN)

5. Matyö Qubel (Fransa)

6. Andrey Yezyerski (İrlandiya)

7. Ceyson Makkumbs (Kanada)

2-ci qrup

1. Nelson Henrikes (Anqola)

2. Riçard Cefferis (Böyük Britaniya)

3. Pyotr Kuleta (Polşa)

4. İvan Ştıl (Rusiya)

5. Sebastian Brendel (Almaniya)

6. Xose Kristobal (Meksika)

3-cü qrup

1. Vadim Menkov (Özbəkistan)

2. Li Kianq (Çin)

3. Denis Xaraja (Belarus)

4. Alfonso Benavides (İspaniya)

5. Lyubomir Haqara (Slovakiya)

6. Rudolf Uilyams (Samoa)

4-cü qrup

1. Xaled Huseyn (Tunis)

2. Aleksandr Dyadçuk (Qazaxıstan)

3. Yevgeni Şuklin (Litva)

4. Yuri Çeban (Ukrayna)

5. Attila Vayda (Macarıstan)

6. Ndiatte Queye (Seneqal)

Mübarizəyə saat 13:51-də start veriləcək. Seçmə yürüşdə 4 qrup içərisində ən zəif nəticəni göstərmiş kanoeçi çıxışını dayandıracaq. Qalan 24 idmançı hər birində 6-sı olmaqla, yenidən 4 qrupa bölünəcək və həmin gün saat 15:30-dan etibarən yarımfinal yürüşlərinə qatılacaq. Bu mərhələdə isə hər bir qrupda ilk 2 yeri tutanlar əsas finala, qalanları B və C finallarına çıxacaqlar. Final yürüşləri avqustun 11-də saat 13:47-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail