Premyer Liqa oyununda dünya çempionatına dəstək

06.08.2012 | 3739 dəfə oxunub


Premyer Liqanın cari mövsümünün birinci turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş "Sumqayıt" və AZAL oyununda FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 diqqətdən kənarda qalmayıb. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, çempionatın Yerli Təşkilat Komitəsinin (YTK) yaxından iştirak etdiyi "Sumqayıt" - AZAL qarşılaşmasında çempionatın rəsmi talismanı Top Top Qız yaşıl meydançaya çıxaraq azarkeşləri salamlayıb. Çempionatla bağlı ümumi məlumatları özündə əks etdirən broşurlar və digər təbliğat materialları oyun zamanı YTK nümayəndələri və çempionatın könüllüləri tərəfindən tribunalarda əyləşən azarkeşlərərə təqdim olunub. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi dostu, müğənni Çingiz Mustafayevin oyunun fasiləsində çıxışı isə azarkeşlərdə yüksək əhval-ruhiyyə yaradıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail