London-2012: Həsən Əliyev bürünc medala da həsrət qaldı YENİLƏNİB

06.08.2012 | 10296 dəfə oxunub



Bu gün XXX Yay Olimpiya Oyunlarında daha iki idmançımız yunan-roma güləşində qüvvəsini sınayıb. Stadium. az xəbər verir ki, ölkəmizi 60 kq-da Həsən Əliyev, 84 kq-da isə Saman Təhmasibi təmsil edib.

60 kq

Həsən Əliyev ilk mərhələdən azaddır. Püşkün nəticəsinə əsasən Əliyev 1/8 finaldan mübarizəyə qoşulub. Növbəti mərhələyə adlamaq üçün Əliyev norveçli Stig Andre Bergeni məğlub etməli idi. Görüş Bakı vaxtı ilə saat 17:25-də başlayıb. Sevindirici haldır ki, Həsən turnirə uğurla start verərək, norveçli rəqibini məğlub etməyə müvəffəq olub.  

Artıq Həsən Əliyevin 1/4 finaldakı rəqibi müəyyənləşib. Güləşçimiz yarımfinala adlamaq üçün cənubi koreyalı Jihyun Jungla qarşılaşacaq. Asiyalı idmançı 1/8 finalda kubalı Hanser Lenier Moeque Lugonesə qalib gəlib.

Koreyalı idmançı olduqca güclü rəqibdir Belə ki, asiyalı 8 il əvvəl olimpiaya çempionu olub. Afinada qızıl medal qazanan Jung ötən olimpiadada 9-cu olub. Koreyalı güləşçi son 2 dünya kubokunda finala yüksəlib. 2011-ci ildə Minskdə çempion olan Jung bu il Saranska keçirilən yarışda ikinci olub. 

Sevindirici haldır ki, Həsən Əliyev cənubi koreyalını da məğlub etməyi bacarıb. Əliyev möhtəşəm çıxışla yarımfinala yüksəlməyi bacarıb. 

Həsən Əliyevin 1/2 finaldakı rəqibi də məlumdur. Güləşçimiz finala adlamaq üçün gürcüstanlı Revaz Laşkini məğlub etməlidir. Gürcü güləşçi 1/8 finalda misirli Hamed Seyadı, 1/4 finalda isə rusiyalı Zaur Kuramaqomedovu məğlub edib. 

Təəssüf ki, idmançımız uğurlu çıxışını davam etdirə bilməyib. Güləşçimiz gürcü rəqibinə uduzaraq, finaldan kənarda qalıb. Həsən Əliyev indi bürünc medal qazanmaq üçün təsəlliverici görüşə çıxacaq. 

Həsən bürünc medal uğrunda 1 görüşə çıxacaq. Lakin həlledici qarşılaşmada idmançımızın rəqibi hələlik bəlli deyil. Əliyev bürünc medal uğrunda Sayed Hamed (Misir) - Zaur Kuramaqomedov (Rusiya) cütünün qalibi ilə görüşəcək. Maraqlıdır ki, hər üç güləşçini məhz gürcü Laşkin mübarizədən kənarlaşdırıb. Hələlik nə Əliyevin, nə də onun rəqibinin adının məlum olacağı görüşün başlama vaxtı məlumdur. 

Artıq Həsənin rəqibinin adı məlumdur. Güləşçimiz bürünc medal uğrunda rusiyalı Zaur Kuramaqomedovla mübarizə aparacaq. Rusiyalı güləşçi 1/8 finalda əlcəzairli Tarek Azizi məğlub edib, 1/4 finalda isə növbəti mərhələdə Həsənə qalib gələn gürcüstanlı Revaz Laşkinə uduzub. 

Təəssüf ki, Həsən Əliyev bürünc medal da qazana bilməyib. Böyük ümidlər bəslədiyimiz idmançımız rusiyalı güləşçiyə uduzaraq, olimpiada ilə mükafatsız vidalaşıb. 

84 kq

Komanda yoldaşı kimi Saman Təhmasibi də ilk mərhələdən azaddır. 1/8 finalda isə güləşçimiz Gürcüstanı təmsil edən Vladimir Gegeşidze ilə qüvvəsini sınayıb. Görüşün gedişində hesabda geridə olan Təhmasibi böyük əzmkarlıq nümayiş etdirərək, ikinci hissəni xeyrinə yaza bilsə də, 1/4 finala yüksəlməyi bacarmayıb. İdmançımız üçüncü hissədə rəqibinə uduzaraq, mübarizəni erkən dayandırıb.

İdmançımız bürünc medal qazanmaq üçün gürcü rəqibinin finala yüksəlməsini arzulamalıydı. Gegeşidze 1/4 finalda ukraynalı rəqibini üstələyib, yarımfinala çıxsa da, finalın bir addımlığında Rusiya güləşçisi Alan Kuqayev gürcünü məğlub etməklə həm də Təhmasibinin bürünc medal qazanmaq arzusunu gözündə qoyub.   

Qeyd edək ki, artıq yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov gümüş, Emin Əhmədov isə bürünc medalı aktivinə yazıb.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail