Edin Nuredinovski: “Bakı” hələ Haciyevskinin vaxtında məni istəyirdi”
"Bakı"nın makedoniyalı qapıçısı Edin Nuredinovskinin müsahibəsi
-
"Bakı"dan təklif gələndə kiminlə məsləhətləşdin?
- Azərbaycanda makedoniyalı futbolçular var. Slavço
Georgevski və İqor Mitreskiylə danışdım. "Bakı"da Muarrem Zekirlə məsləhətləşdim.
Hamısı bu klubu təriflədi, iddialı olduğunu dedi. Əslində, gəlməyimi baş məşqçi
Bojidar Bandoviç istəyib. O, məni Kiprdə oynadığım vaxtlardan tanıyır. Bir ay
idi ki, mənimlə bağlı söhbət gedirdi. Məni tanıyanlar necə qapıçı olduğumu yaxşı
bilir. Onların ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm. Rəhbərlik barəmdə
Muarrem Zekirdən də soruşub və eyni sözləri eşidib.
- Səndən əvvəl "Bakı" 3 qapıçı ilə
danışq aparmışdı, hər dəfə son məqamda müxtəlif səbəblər üzündən müqavilə
bağlamaları düyünə düşmüşdü. Qismət səndəymiş ki, bu formanı geyinəsən.
- Artıq bura gələndən sonra xəbər tutdum ki, həmin qapıçılar vəziyyətdən
sui-istifadə edərək qiymətlərini qaldırıblar, razlaşma baş tutmayıb. Doğrudan
da "Bakı"ya keçmək mənə qismət imiş. Şansım gətirdi. Əlbəttə, bəxtimdən
razıyam.
- Son
vaxtlar Makedoniya yığmasına niyə çağırılmırsan?
- Komandada tez-tez məşqçi dəyişir. Hər gələn
qapıçıları yoxlayırdı. Əsas qapıçını müəyyən etmək üçün eksperiment apardılar.
Bir müddət Con Toşak mənə etibar elədi. Avropa çempionatının seçmə oyunlarına əsas
qapıçı kimi çağrıldım. Lakin çox çəkmədi ki, fikrini dəyişdi. Ondan sonra
çağrılmadım. İndi gənc qapıçılara ümidlər bəsləyirlər. Ancaq təcrübə başqa
şeydi. Məhz belə ekspermentlər aparmaq millini geri saldı. Mənim üçün fərqi
yoxdu. Nə vaxt dəvət etsələr, gedəcəm. Olmasa, yenə fərq eləmir.
- Bəs
millimizə qarşı oynamısan?
- Avstriyadakı qarşılaşmaya dəvət almışdım. 2:0
udduq. Həmin oyunda ehtiyatda idim. Ümumiyyətlə, yoldaşlıq oyunları
futbolçuları bir növ yoxlamaq üçündür. Bu oyunda da Mesut Yonuz mənə deyil, digər
qapıçıya şans vermişdi.
-
Berti Foqtsun başçlıq etdiyi millimiz necə görünürdü?
- Əvvəlki illərlə müqayisədə yığmamızın oyununda irəliləyiş
hiss olunurdu. Bu, təkcə milli ilə bağlı deyil, klublar da güclənib. Azərbaycanda
bir neçə klub var ki, səviyyəli futbolçular alıb. Çempionatın səviyyəsi nə qədər
yüksək olarsa, oyunlara bir o qədər çox tamaşaçı gələr, rəqabət artar. Digər tərəfdən,
yerli oyunçulara şans verib, onları oynatmaq lazımdı. Ümumi götürəndə,
futbolunuzda irəliləyiş hiss olunur.
- Həmyerlin
Qyoko Hacıyevskinin "Bakı"nı və millimizi çalışdırmasından xəbərin
yox idi?
- O, Makedoniyanın ən tanınmış məşqçilərindən
biridi. "Bakı"da uğurlu nəticə əldə edib. Azərbaycan millisinə namizəd
sayılırdı, nədənsə sonra alınmadı. Ondan sonra Makedoniyanın baş məşqçi postuna
əsas namizədlərdən biri hesab olunurdu. Lakin son anda federasiya ilə razılığa
gəlmədi. Hacıyevski ilə şəxsi tanışlığım var.
- Maraqlıdı,
Hacıyevski onda nəyə görə sizi "Bakı"ya gətirmədi, xorvatiyalı Marko
Şarliyaya güvəndi?
- Hacıyevski məni komandasında görmək istəyib. Özü
də dəfələrlə "Bakı"ya dəvət edib. O vaxt "Slovan"la müqaviləm
vardı. Klub rəhbərliyi transferə görə məndən çoxlu pul istədi. O pulu da həmin
dövrdə vermək çətin idi.
- Sirr
deyilsə, "Slovan" nə qədər pul istədi?
- Elə klub rəhbərimiz vardı ki, onu yola gətirmək
çox çətiniydi. Fikri yalnız puldaydı. Transferlərdən yaxşı pul qazanırdı. Qiymətdə
1 dollar da aşağı düşmədi. Dəqiq rəqəm deməyəcəm. Çünki özümə də qaranlıqdı. Həddən
artıq pul istəməsəydi, "Bakı" məni alardı.
- Azərbaycanda
"Bakı"dan başqa hansısa klub səninlə maraqlanıb?
- Təkliflər olub. Ötən il Kiprdə oynayarkən, dəvət
gəlmişdi.
-
Hansı klubdan?
- Artıq "Bakı"nın oyunçusuyam, ona görə
ad çəkmək düzgün deyil.
-
Artıq çəkin var, hiss olunur ki, hələ formadan uzaqsan. Neçə vaxtdı məşq eləmirsən?
- Ola bilsin, kənardan çəkimin çox olduğu görünsün.
Lakin özümü qapıda rahat və yüngül hiss edirəm. Məşqlərdə çalışıram ki, daha
yüngül və daha cəld olum. Düzdü, bura gələnədək əsasən istirahət etsəm də, müəyyən
günlərdə xüsusi planla məşq edirdim. Çempionatın startınadək artıq tam formada
olacam. Məşqlərdə bunun üzərində ciddi işləyirəm.
- Əsas
heyət uğrunda Aqil Məmmədovla rəqabət aparmalısan. Təcrübəli olmağın gənc həmkarın
üzərində sənə üstünlük qazandırır?
- Belə deməzdim. Aqil istedadlı uşaqdı.
"Mura"ya qarşı oyunda bir neçə qurtarışı ilə göstərdi ki, perspektivi
var. İddialı və inadkar olduğunu bilirəm. Bu da istər-istəməz aramızdakı rəqabəti
artıracaq. Mən ədalətli və düzgün rəqabəti xoşlayan qapıçıyam. Əgər Aqil məndən
güclüdüsə, qapıda o dayanacaq. Digər tərəfdən, millinin üzvüdü. Qoy, əsgərlikdən
gəlsin, onunla mübarizə aparmaq mənim üçün asan olmayacaq.
-
"Mura" ilə qarşılaşmalarda buraxılan qollarda Aqilin səhvi var idi?
- Həmkar həmkarı müzakirə etməz. Bu, məşqçilərin
işidir. Aqilin səhvlərini təhlil etsəm, birbaşa məşqçilərin işinə qarışmış
olacam. Belə hörmətsizliyi mən heç vaxt etmərəm. Hərə öz işinin cavabdehidi. Mənim
vəzifəm qapını qorumaqdı, həmkarımın işinə qiymət vermək yox.
-
Makedoniya mətbuatı yazır ki, "Bakı"ya keçidin 500 min dollara başa gəlib.
Həmin pulu almısan, yoxsa bu da yerli mətbuatın növbəti uydurmasıdı?
- Makedoniyada çox şey yaza bilərlər. Bizdə mətbuat
rəqəmləri şişirtməyi xoşlayır. Hacıyevski burda olanda da mətbuat çox şeylər
yazırdı. Skopyedəki jurnalistlər Azərbaycanda çıxış edən makedoniyalı
futbolçuları diqqət mərkəzində saxlayrlar, onların hər bir oyununu yazırlar. Elə
"Bakı"ya gəldiyim ilk gündən də yazıblar. Hansı qiymətə transfer
olmağım mənimlə klub arasında olan məsələdi. Bunun mətbuata çıxmasının əleyhinəym.
O ki qaldı 500 minə, bu, şişirdilib.
- İki
həftədən artıqdı ki, yeni klubunun düşərgəsindəsən. Məşqçiləri, futbolçuları
az-çox tanıyırsan, şəraitə bələdsən. Bu heyətlə növbəti mövsümdə nə edə bilərsiz?
- Azərbaycanın digər klublarından məlumatlı deyiləm
və kimin güclü və ya zəif olmasını deyə bilmərəm. Yalnız "Bak"nın hər
il çemponluq və kubok uğrunda mübarizə apardığını bilirəm. İddialı komandaya gəlmişəm.
Mən də iddiamı ortaya qoyub "Bakı"nı zirvələrə daşımaq istəyirəm.
Bizim çox gözəl heyətimiz və güclü futbolçularımız var. İnanıram ki, bu işin
öhdəsindən birlikdə gəlib, növbəti mövsümdə uğurlu nəticələr bəxş etməliyik.
İşimiz bununla bitməməli, ardını Avropa səhnəsində göstərməliyik. Hər halda
komplektləşmiş heyətlə yeni mövsümdə uğurlu qrafik cızacağımıza ümid edirəm.
“Sport Favorit”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |