London-2012: Bayramov gümüş, Əhmədov bürünc medal qazandı YENİLƏNİB

05.08.2012 | 9788 dəfə oxunub



Bu gün London Olimpiadasında güləş yarışlarına start verilib. Stadium.az xəbər verir ki, əvvəlcə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar. Onlar 7 dəst medal uğrunda qüvvələrini sınayacaqlar. Güləş yarışlarının I günü döşəyə 55 kq və 74 kq çəki dərəcələrində idmançılar çıxıblar ki, onların hər ikisində Azərbaycan atleti yer alıb. 

55 kq

Pekin Olimpiadasında finala kimi irəliləyən Rövşən Bayramov bu dəfə qızıl medal qazanmaq iddiasındadır. O, arzusunu reallaşdırmaq üçün mübarizəyə 1/16 finaldan başlayıb. Həmyerlimizin rəqibi rusiyalı Minqiyan Semenov olub. Sevindirici haldır ki, Bayramov yarışa uğurla start götürüb. O rusiyalı rəqibi üzərində 3:0-lıq qələbə qazanıb. Rövşən Bayramov 1/8 finalda ilk görüşündə misirli rəqibi üzərində 3:1-lik qələbə qazanan ABŞ idmançısı Tomas Spenser Manqonu sınağa çəkəcək. 

Bayramov amerikalı idmançını də çətinlik çəkmədən üstələyib. Rövşən 1/4 finalda çinli Li Shujinlə görüşəcək.

Baryamov çinli rəqibini dı sıradan çıxararaq, yarımfinala yüksəlib. Finalın bir addımlığında Rövşən daha bir Asiya idmançısı - cənubi koreyalı Choi Gjuyinlə görüşəcək.  

Rövşən möhtəşəm çıxışını davam etdirir. İdmançımız cənubi koreyalını da məğlub edərək, finala yüksəldi. Olimpiya çempionluğu uğrunda güləşçimiz iranlı Soryan Reyhanpurla qüvvəsini sınayacaq.

rtıq final görüşünə start verilib. Təəssüf ki, dimançımız ilk hissədə rəqibinə uduzub. İkinci hissədə də iranlı güləşçi ilə bacarmayan Bayramov ardıcıl ikinci dəfə finalda uduzaraq, olimpiya oyunlarını gümüş medalla tamamladı.   

74 kq

Bu çəkidə ölkəmizi təmsil edən Emin Əhmədov püşkün nəticəsinə görə birinci mərhələdən azaddır. Onu 1/8 finalda İslam Tolba (Misir) – Neven Zugaj (Xorvatiya) cütünü qalibini gözləyir. Qarşılaşma 17:00-da başlayacaq.

Eminin rəqibi Xorvatiya güləşçisi olub və təmsilçimiz qələbə qazanmaqla 1/4 finala adlayıb.

Bu mərhələdə gürcü Zurab Datunaşvili də Eminin qarşısını kəsə bilməyib və təmsilçimiz yarımfinala yüksəlib.

Təəssüf ki, bu mərhələdə Emin ermənistanlı rəqibinə uduzaraq, finala çıxmaq şansını itirib. İndi idmançımız bürücn medal qazanmaq üçün təsəlliverici görüşə çıxacaq.

Artıq Eminin rəqibi məlumdur. Əhmədov bürünc medal uğrunda görüşdə Belrus idmançmısı Aleksandr Kikinou ilə mübarizə aparacaq.  

Sevindici haldır ki, belaruslu güləşçi ilə görüşdə idmançımız qələbə qazanıb. Emin ilk hissədən sonra geridə olsa da, əzmkarlıq göstərərəkj, bürünc medal qazanmağa müvəffəq olub. 

Qeyd edək ki, millimizin Londonda yunan-Roma güləşi üzrə 5 idmançısı gücünü yoxlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail