London-2012: Teymur Məmmədov 1/2 finala yüksəlib, ölkəmizə dördüncü medalı qazandırdı YENİLƏNİB

06.08.2012 | 11657 dəfə oxunub



XXX London Yay Olimpiya Oyunlarında bu gün Azərbaycan millisinin 2 boksçusu rinqə çıxıb. Stadium.az xəbər verir ki, Teymur Məmmədov bu gün döyüşünü qələbə ilə başa vuraraq, millimizə avtomatik dördüncü medalını qazandırmış oldu.

Kişilər - 91 kq

Məmmədov Olimpiadada ikinci görüşünə çıxıb. İlk döyüşündə Tapu Opetaya Caya (Avstraliya) qalib gələn dünya çempionatının gümüş mükafatçısı bu dəfə 1/4 final çərçivəsində belaruslu Sergey Korneyevlə qüvvəsini sınayıb. Görüş yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə saat 02:00) başlayıb.

Sevindiric haldır ki, boksçumuz uğurlu çıxışını davam etdirib. Lakin bu Teymura heç də asan başa gəlməyib. Belə ki, ilk raundda idmançımız 9:4 hesabı ilə üstün olub. İkinci raundu belaruslu boksçu aktivinə yazıb - 9:6. Həlledici raundda da rəqib üstün olub - 4:6. Yekun nəticədə görüş heç-heçə başa çatıb - 19:19. Lakin yekunda haimlər qələbəni boksçumuza veriblər. Bununla da Məmmədov yarımfinala yüksəlib. Teymur avtomatik olaraq, ölkəmizə dördüncü medalı qazandırıb. Məmmədov yarımfinalda uduzsa belə, bürünc medal qazanacaq. 

Qadınlar - 75 kq

Londonda ilk qarşılaşmasına çıxacaq Yelena Vıstropova yarışa 1/8 finaldan qoşulacaq. Onun rəqibi Edit Oqoke (Nigeriya) olacaq. Dünya çempionatında Azərbaycana ilk və yeganə gümüş medalı qazandıran xanım idmançımız döyüşünü saat 20:15-də keçirəcək.

Bu döyüşün ilk raundunda rəqib üstün olub - 2:4. İkinci raundda yenə oxşar hesab qeydə alınıb - 2:4. Üçüncü raundda isə Yelena qalib gəlib - 6:3. Çox təəssüf ki, son raundda təmsilçimiz yenə uduzub - 2:3. Beləliklə, Yelena ümumi nəticədə 12:14 hesabı ilə uduzaraq, mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, Olimpiya Oyunlarında digər boksçumuz Məhəmmədrəsul Məcidov (+91) 1/4 finala görüşünə bu gün çıxacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail