Joze Maurinyodan qalmaqallı açıqlamalar

04.08.2012 | 5165 dəfə oxunub


Daim maraqlı açıqlamalar verən “Real”ın baş məşqçisi Joze Maurinyo yenə də diqqətləri üzərinə çəkib. Stadium.az Maurinyonun ESPN-ə verdiyi maraqlı açıqlamaları təqdim edir:


* Əgər İspaniya çempionatında digər ölkələrin aparıcı klubları mübarizə aparsaydı, əminəm ki, heç bir top-klub üçüncü pillədən yuxarı yüksələyə bilməzdi. Nə “Mançestr Yunayted”, nə “Çelsi”, nə də “Siti”. Çünki ilk iki yer “Barselona” və “Real”ındır. Bu iki klub dünyanın ən güclüsüdür. Qalan bütün klublarla bizim aramızda səviyyə fərqi var. 

* Mən istərdim ki, Kaka “Real”da qalsın. Çünki mən onun bacarığına bələdəm. Əminəm ki, Kaka bizə qələbələr qazanmaqda yardımçı olacaq. Amma yekun qərarı Kaka özü verəcək. Onunla aramızda heç bir problem yoxdur.

* Nuri Şahinin də komandada getməsini istəmirəm. O “Real”ın formasını geyməyə davam etsə, bu, mənim üçün ideal olacaq. Amma etiraf edim ki, Şahinin əsas heyətə düşməsi bir qədər çətindir. Çünki bizim mərkəz xəttimizdə çox böyük rəqabət var.

* Hesab edirəm ki, futbol hələ də komanda növü olaraq qalmaqdadır. Bəzi futbolçular nə qədər fərdi olaraq güclü oyun sərgiləsələr də, uğur komanda şəklində əldə edilir.

* Bu səbəbdən də hesab edirəm ki, “Qızıl top” komandası uğur qazanmış futbolçulardan birinə verilməlidir. Kimsə çoxları onu ən güclü hesab edir deyə mükafat almamalıdır.

* “Qızıl top”u kimin qazanacağını deyə bilmərəm. Amma hesab edirəm ki, mükafata Çempionlar Liqasının qalibi olan “Çelsi”nin futbolçularından birinin layiq görülməsi daha ədalətli olardı. Eyni zamanda öz ölkələrində çempion olan “Real”, “Mançestr Siti” və ya ardıcıl ikinci dəfə Avropa çempionu olan İspaniya millisinin üzvlərindən də biri ən yaxşı seçilə bilər.

* Messi? O bu mükafatı necə qazana bilər? Axı “Barselona” nə Çempionlar Liqasının udub, nə də İspaniya çempionu olub.

* Messinin gözəl oyun sərgilməsi və ya insanlar tərəfindən daha çox sevilməsi məni fikrimdən daşındıra bilməz. Mən hesab edirəm ki, “Qızıl top” fantastik mövsüm keçirən klublardan birinin aparıcı üzvünə verilməlidir.

* Serxio Ramos? Məncə həm o, həm də Kasilyas bu mükafata layiqdir. Eyni sözü Kriştianu Ronaldo haqda da deyə bilərəm. Unutmayaq ki, Portuqaliya millisi qitə birinciliyində finalın bir addımlığında dayandı.

* Seçim imkanı əlimdə olsaydı, mən mükafatı “Real”ın futbolçularından birinə verərdim.

 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail