London-2012: İntiqam Zairov olimpiadanı 6-cı yerdə başa vurdu YENİLƏNİB

05.08.2012 | 9388 dəfə oxunub


 

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi 3 günlük fasilədən sonra London Olimpiadasında növbəti cəhdini edəcək. Stadium.az xəbər verir ki, yığmamızın heyətində bu dəfə körpücük üzərinə İntiqam Zairov çıxacaq.

94 kq çəki dərəcəsində yer alan həmyerlimiz güclülərin yer aldığı A qrupunda 10 atletlə qüvvəsini sınayacaq. Böyük ümidlər bəslənilən 27 yaşlı İntiqam podiumda saat 23:00-da gücünü nümayiş etdirəcək.

Ümumilikdə bu çəkidə isə 22 idmançı mübarizə aparacaq. Onların 11-i günorta saatlarında çıxışlarını tamamlayıb.

B qrupunda ən yaxşı nəticəyə Polşa idmançısı Bernard Tomasz Zielinski imza atıb. O ümumilikdə 385 kq-ın öhdəsindən gəlib. Belaruslu Aleksandr Makaranka 384, ukraynalı Konstantin Piliyev isə 372 kq-ı qaldırıb. Bu isə o deməkdir ki, idmançımız qızıl medala yiyələnmək üçün minimum 386, ən pis halda bürünc medal qazanmaq üçün isə minimum 373 kq-ın öhdəsindən gəlməlidir.

İntiqam Zairovun qrupda 10 rəqibi var. İdmançımız rusiyalılar - Andrey Demanov, Aleksandr İvanov, erməni Norayr Vardanyan, qazaxıstanlılar - İlya İlyin, Almas Uteşov, cənub koreyalı Min-Jae Kim, ukraynalı Artyom İvanov,  moldovalı Anatoli Ciricu, polşalı Arsen Kasabiyev və iranlı Saeid Mohammadpourkarkaraghla mübarizə aparacaq.  

Qeyd edək ki, Azərbaycan yığması hələlik Olimpiadada 1 bürünc medal qazanıb və bu uğur ağırlıqqaldıranımız Valentin Xristovun (56 kq) aktivindədir. Londona 6 atletlə yollanan baş məşqçi Nizami Paşayevin yetirmələrindən isə 4-ü çıxışını bitirib. 

İlk cəhddə idmançımız 175 kq-ın öhdəsindən gələ bilmədi. 

Zairovun ikinci cəhdi uğurlu alındı. Bu dəfə o 175 kq-ın öhdəsindən gəldi. 

İdmançımızın üçüncü cəhdi möhtəşəm alındı. Bu dəfə o 182 kq-ı qaldıra bildi. 

İndiki durumda yalnız iranlı idmançı Zairovu qabaqlayır O 183 kq-ın öhdəsindən gəlib.Qazax İlyin isə 185 kq-ı qaldıra bildi. Eyni uğuru cənubi koreyalı idmançı da təkrarlayır. 

Beləliklə idmançılar birdən qaldırma mərhələsini başa vurdular. İvanov, İlyin və Kim 185, İran idmançısı 183, Zairov və rus Demanov 182 kq-ın öhdəsindən gəliblər. Böyük ehtimalla medal uğrunda da məhz bu 6 idmançı mübarizə aparacaq.  

Zairov təkanla qaldırmada ilk olaraq 215 kq sifariş etdi və idmançımızın cəhdi uğurlu alındı. Hazırda aktivində cəmdə 397 kq olan idmançımız ikinci pillədə qərarlaşıb.

İranlı idmançı 219, moldovalı isə 220 kq-ın öhdəsindən gəldilər. Bu nəticələrdən sonra Zirov dördüncü pilləyə yuvarlandı.  

İntiqam ikinci cəhddə 223 kq sifariş etdi. Təəssüf ki, idmançımızın cəhdi uğursuz alındı.  

İdmançımız üçüncü cəhddə 225 kq sifariş verdi. Lakin idmançımızın bu cəhdi də uğursuz alındı. Bununla da Zairov medal qazanmaq şanasını itirdi. 

İdmançımız yarışı altıncı pillədə başa vurdu. Qızıl medal isə qazaxıstanlı İlyinə qismət oldu. Ümumi nəticədə 418 kq-ın öhdəsindən gələn qazax atlet yeni dünya və oliompiya rekordu müəyyənləşdirdi. 409 kq-la rusiyalı İvanov ikinci, moldovan Ciricu 407 kq-la üçüncü oldu.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail