Dünya çempionatının açılış oyununa biletlər tükənir
Xəbər verdiyimiz kimi, FIFA U-17 qadınlararası
dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasiminin biletləri 16 iyun
tarixindən etibarən ənənəvi üsulla satışa çıxarılmışdır. Stadium.az AFFA-nın rəsmi
internet saytına istinadən xəbər verir ki, onlayn biletlər isə 16 apreldən
çempionatın rəsmi səhifəsi olan www.fifa.com/Azerbaijan2012-də satışa
çıxarılıb.
Dörd aya
yaxındır davam edən satışın nəticələri göstərir ki, Azərbaycan - Kolumbiya
milli yığmaları arasında keçiriləcək açılış oyununa maraq böyükdür. Ehtimal ki,
dünya şöhrətli ulduz Cennifer Lopezin açılış oyununda iştirakı da biletlərin
satışına təsir edən mühüm faktorlardan biridir.
Bilet
satışı nöqtələrində əhalinin gənc təbəqəsi daha çox aktivlik nümayiş etdirir.
Qeyd edək ki, biletlərin artıq yarısından çoxu satılıb. Aralarında məşhur
insanların da olduğu alıcılar çempionatın nəhəng bileti ilə foto çəkdirmə şansı
da qazanırlar.
Qrup mərhələsi,
1/4 final, 1/2 final və final oyunlarıda daxil olmaqla 6 stadionda keçiriləcək
çempionatın bütün digər oyunlarının biletləri də artıq satışa çıxarılıb. 5
oktyabr tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək 1/4
final oyunu və 13 oktyabrda keçiriləcək final oyununda daha iki dünya ulduzu -
Rihanna və Şakiranın da iştirak edəcəyini artıq çoxları bilir.
Artıq
yarıdan çoxu satılmış açılış oyunu və çempionatın digər oyunlarının biletlərini
onlayn qaydada fifa.com/Azerbaijan 2012 saytından, ənənəvi üsulla isə aşağıdakı
satış nöqtələrindən əldə edə bilərsiniz.
- Park Bulvar ticarət mərkəzi (Neftçilər pros., 1-ci mərtəbə)
- Metro Park ticarət mərkəzi (Təbriz 44, 7-ci mərtəbə)
- Xalq Bank – Neftçilər filialı (Qara Qarayev pr., 70
b)
- Bakcell – Müştəri xidmətləri (Nizamı küç., 83)
Qeyd edək ki, çempionat oyunlarına biletlərin qiyməti 1 AZN - 15 AZN arasında dəyişir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |