“Neftçi” yunanıstanlı qapıçını transfer edir?

03.08.2012 | 5633 dəfə oxunub


“Neftçi” Yunanıstan millisinin və PAOK-un qapıçısı Mixalis Sifakisi transfer edə bilər. Stadium.az xəbər verir ki, bu haqda Yunanıstan mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, “ağ-qaralar” Sifakisə görə 280 min avro ödəməyə hazırdır. Lakin “Neftçi” Sifakisin yeganə müştərisi deyil. Yunanıstan mətbuatına inansaq, “Neftçi”nin transfer etmək istədiyi qapıçı ilə Fransa və Almaniya klubları da maraqlanır.

Qeyd edək ki, Sifakisin 27 yaşı var. Karyerasına yerli OFİ klubunda başlayıb. Daha sonra icarə əsasında “Olimpiakos”da, eləcə də “Aris”də forma geyən Sifakisin son klubu PAOK olub. Boyu 187 sm olan qolkiper Yunanıstanın U-21 millisində, eləcə də 2005-ci ildən dəvət aldığı əsas millidə 15 oyun keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail