Hüseynovdan başlayan ənənə Hüseynovla davam edəcəkmi?

03.08.2012 | 4642 dəfə oxunub


Həftəsonu keçiriləcək qarşılaşmalarla Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək. “Xəzər Lənkəran” mövsümə “Rəvan”a qarşı matçla başlayacaq. Stadium.az cənub klubunun rəsmi internet saytın istinadən xəbər verir ki, bu, komandalar arasında 3-cü qarşılaşma olacaq. Ötən mövsüm elitada debüt edən paytaxt təmsilçisi ilə əvvəlki 2 görüşdə qalib müəyyənləşməyib. Belə ki, hər 2 matçda komandalar hərəyə 1 qol vurub və 1 xalla kifayətlənib. Avqustun 5-dəki səfər matçında “Xəzər Lənkəran” bu tarazlığı öz tərəfinə dəyişməyə çalışacaq.

2011/12   27.08.2011   Çempionat   RƏVAN (Bakı)   s   1:1

2011/12   19.11.2011   Çempionat   RƏVAN (Bakı)   e   1:1

“Xəzər Lənkəran” özünün Premyer Liqadakı 9-cu mövsümünü Yunis Hüseynovla başlayacaq. Ötən çempionatın gedişində bu posta təyin olunan mütəxəssis ilk dəfə komandanı starta çıxarıb. O, həm də ilk dəfə “Rəvan”la görüşəcək.

 Əvvəlki mövsümlərə “Xəzər Lənkəran” 4 fərqli məşqçi ilə başlamışdı. Nazim Süleymanov (2004/05), Rasim Kara (2005/06, 2008/09), Ağasəlim Mircavadov (2006/07, 2007/08, 2009/10), Mirça Rednikdən sonra (2010/11, 2011/12) Hüseynov komandanı ilk oyuna çıxaracaq 5-ci mütəxəssis olacaq.

Start oyunları ilə bağlı uğurlu tendensiya müşahidə olunur. Belə ki, “Xəzər Lənkəran” son 3 start oyununda istisnasız qələbələr qazanır. Ümumiyyətlə isə komanda çempionatdakı ilk oyunu kimi tarixə düşən 8 qarşılaşmadan 6-da qələbə qazanıb. Yeganə heç-heçə 2004, yeganə məğlubiyyət 2008-ci ildə qeydə alınıb. Məhz həmin məğlubiyyətdən sonra hər dəfə “Xəzər Lənkəran” ilk oyunda qələbə qazanır.

 Ənənə öncəsi son xal itkisi, yeganə məğlubiyyət isə “Karvan”dan alınıb. Həmin məğlubiyyətin memarı isə indi “Xəzər Lənkəran”ı çalışdıran Yunis Hüseynovdur. Məhz o, yeganə baş məşqçidir ki, “Xəzər Lənkəran”ın ilk oyununda qələbəyə sevinib.

 2004/05   07.08.2004   TURAN (Tovuz)          s   1:1

2005/06   12.08.2005   OLİMPİK (Bakı)           s   2:0

2006/07   11.08.2006   NEFTÇİ (Bakı)            e   2:1

2007/08   12.08.2007   KARVAN (Yevlax)       s   1:0

2008/09   10.08.2008   KARVAN (Yevlax)       s   0:1

2009/10   21.08.2009   İNTER (Bakı)              e   1:0

2010/11   07.08.2010   QƏBƏLƏ (Qəbələ)    e   1:0

2011/12   06.08.2011   SUMQAYIT-ŞƏHƏR   e   2:1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail