London-2012: Aleksandr Aleksandrov beşinci yerlə kifayətləndi YENİLƏNİB

03.08.2012 | 6207 dəfə oxunub



Bu gün XXX Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandasına ikinci medalı qazandırmaq gücündə olan akademik avarçəkənimiz Aleksandr Aleksandrov final mərhələsində mübarizə aparıb. Stadium.az xəbər verir ki, 1 nəfərlik qayıqla (M1X) çıxış edən idmançımız 1 yürüş zolağında gücünü yoxlayıb.

2000 m məsafəyə yürüşdə 22 yaşlı təmsilçimizin rəqibləri Lassi Karonen (İsveç), Ondrej Sinek (Çexiya), Mahe Dirsdal (Yeni Zelandiya), Alan Kampbell (Böyük Britaniya) və Marsel Haker (Almaniya) olacaq. Aleksandrov start xəttinə Bakı vaxtı ilə saat 16:30-da çıxıb.

Təəssüf ki, Aleksandrov da ölkəmizə ikinci medalı qazandıra bilməyib. Gənc idmançımız yekun nəticədə yalnız beşinci olub. Aleksandrov 7 dəqiqə 9 saniyə nəticə göstərib. Qızıl medala idmançımızı 12 saniyə qabaqlayan yeni zeylandiyalı Mahe Dirsdal sahib çıxıb. Çex Ondrej Sinek gümüş, britaniyalı Alan Kempbell isə bürünc medal qazanıb.   

Qeyd edək ki, Londona 53 idmançı ilə yollanan millimizin heyətində hələlik ağırlıqqaldıranımız Valentin Xristov (56 kq) bürünc medal qazanıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail