“Simurq” daha 3 futbolçunun keçidini rəsmiləşdirdi

02.08.2012 | 5863 dəfə oxunub


"Simurq" klubu heyətini 3 gənc futbolçu ilə gücləndirib. Stadium.az xəbər verir ki, Zaqatala təmsilçisi Nicat Qurbanov, Mehman Məmmədov və Murad Səttarlı ilə rəsmi müqavilə imzalayıb. Onlar bu mövsümün sonuna qədər “sarı-qaralar”ın şərəfini qoruyacaq.

"Neftçi"dən icarə əsasında heyətə qatılan  20 yaşlı yarımmüdafiəçi Qurbanov "Simurq"da 19 nömrəli formanı geyinəcək. Xatırladaq ki, gənc futbolçu ötən mövsüm də komandanın uğurları üçün mübarizə aparıb.

Bu gün rəsmi müqaviləyə imza atan Murad Səttarlı isə "Qarabağ"dan icarə əsasında transfer edilib. Ötən mövsüm "Sumqayıt"da çıxış edən gənc yarımmüdafiəçi "Simurq"da 21 nömrəli forma ilə mübarizə aparacaq.

“Sarı-qaralar”la bir illik müqavilə imzalayan Mehman Məmmədovun isə son komandası Gəncənin "Kəpəz" klubu olub. O "Simurq"un heyətində 24 nömrəli forma ilə çıxış edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail