Edin Nuredinovski: “Bakı”nın futbolçularını görəndə təəccübləndim” VİDEO

02.08.2012 | 6856 dəfə oxunub


“Bakı”nın yeni qapıçısı Edin Nuredinovski klubun rəsmi televiziyasına dnaışıb. Stadium.az xəbər verir ki, makedoniyalı qolkiper şəhərimizdə gördüklərindən, eləcə də komanda yoldaşlarının səviyyəsindən sözün yaxşı mənasında təəccübləndiyini bildirib.

Qeyd edək ki, yay transfer pəncərəsində "Bakı"ya transfer olunan makedoniyalı qapıçı ilə 1+1 müddətli müqavilə imzalanıb. Edin Nurediovski 12 aprel 1982-ci ildə keşmiş Yuqoslaviya respublikası olan Makedoniyada anadan olub. Futbolçu karyerasına Skopyenin “Vardar” klubunda başlayıb. 1999-2003-cü illər ərzində bu klubda çıxış edən qapıçı 2003-cü ildə “Sloqa Yuqomaqnat” klubuna transfer olunub. 2005-2006-cı illər ərzində “FK Pobeda”nın şərəfini qoruyub. Edin 2006-cı ildə ünvanının Almaiyaya dəyişib, 2006-cı ildə GVO "Oldenburq", 2007-ci ildə "Aintraxt" Brauşviq forması geyib. 2007-ci ildə Makedoniyaya qayıdan Nuredinovski iki il ırzində” Sementarnika 55 Skopye”,” FK Milano Kumanovo” klublarının heyətində yer alıb. 2009-cu ildə Yunanıstanın “Etnikos” klubuna dəvət alıb və 2012-ci ilə qədər Yunanıstan liqasında oynayıb. Edin Nuredinovski 7 dəfə Makedoniya milli komandasının heyətinə cəlb olunub. Boyu 195 sm, şəkisi 89 kiloqramdır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail