“Bakı” çempion oldu

02.08.2012 | 5027 dəfə oxunub


Çimərlik futbolu üzrə Bakı birinciliyinə qatılan “Bakı” klubu yüksək mükafata sahib çıxıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, 5- 28 iyul tarixləri ərzində davam edən turnirdə 13 komanda iki qrupda mübarizə aparıb. İlk turdan inamla mübarizə aparan və final oyununda Buzovnanın “Xəzri” komandasına qalib gələn “Bakı” 2008-ci ildən etibarən keçirilən ənənəvi kubokun sahibi olub. Turnirin sonunda 4 nominasiya üzrə fərqlənən idmançılar mükafatlandırılıb. Ən yaxşı baş məşqçi mükafatı “Bakı”nın baş məşqçisi İlqar Allahverdiyevə təqdim edilib. “Bakı” futbol klubunun baş meneceri Zeynal Məmmədov çempion titulu qazanan komandanın üzvlərini ilə görüşüb. Futbolçuları təbrik edən baş menecer onlara gələcək yarışlarda uğurlar arzulayıb. Zeynal Məmmədov “Bakı” futbol klubunun bütün komandalarımız kimi çimərlik futbolu komandasına da hərtərəfli dəstək veriləcəyini, onların daha yükdək səviyyəyə yüksəlməsi üçün tələb olunan şəraitin yaradılacağını bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail