Aygün Kazımovadan “Futbol”a dəstək VİDEO
Azərbaycanın xalq artisti, estrada ulduzu Aygün
Kazımovanın bu il ölkəmizdə keçiriləcək FIFA U-17 qadınlararası dünya
çempionatında ev sahibi ölkə olaraq yarışlara qatılmağa haqq qazanmış U-17
milli yığmamızın qızlarına dəstək məqsədi ilə ifa etdiyi “Futbol” mahnısı artıq
radiodalğalarda dinləyicilərə təqdim edilir.
Stadium.az AFFA-nın rəsmi internet saytın aistinadən xəbər verir ki, sözləri
Namiq Qaraçuxurlu, musiqisi isə Aygün Kazımovaya məxsus mahnı artıq ölkənin
radio dalğalarında yayımlanmağa başlayıb. Avqust ayının ikinci yarısından
etibarən isə “Futbol” mahnısının videoklipi bütün yerli televiziya kanallarında
yayımlanacaq. A.Kazımova layihə təşəbbüsünün əsas məqsədinin çempionatda
mübarizə aparacaq qızlarımıza dəstək olduğunu vurğulayıb. Aygün xanım “Keçmiş
qadın idmançı kimi azarkeşlərin və bütün xalqın dəstəyinin oyunçuya təsirini,
onun qələbəyə köklənməsində necə rolu olduğunu bilirəm. Bu səbəbdən ifamın, həm
qızlarımıza, həm də bütün idmançılarımıza motivasiyaedici qatqısı olacağını
düşünürəm” deyə bildirib.
Eksklüziv olaraq ilk dəfə 6 iyul tarixində Rəsmi Pükatma Mərasimindən sonra Yerli Təşkilat Komitəsi tərəfindən Milli Parkda təşkil olunmuş konsert proqramında izləyicilərə təqdim olunan “Futbol” mahnısı Azərbaycan hitparatlarında “ilk 10-luğ”a daxil olmağa real namizəddir. Xalq artisti mahnının sözlərində əks olunduğu kimi “Futbol”un qızlarımıza uğur gətirəcəyinə ümid edir və 17 yaşadək qızlardan ibarət millimizin ilk addımlarının məhz dünya çempionatı zamanı atilacağının çöx sevindirici bir hal olduğunu vurğulayıb. Estrada ulduzu eyni zamanda bildirib ki, gənc komandamızın bu mühüm beynəlxalq tədbirdə iştirakının özü böyuk bir nailiyyətdir və inamla qeyd edib ki, nəticədən asılı olmayaraq, azarkeşlərimiz millimizə dəstəyini əsirgəməyəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |