Fatih Kavlak: “Bu, çempionatda mübarizənin gərgin və çətin keçəcəyini göstərir”

02.08.2012 | 5593 dəfə oxunub


Premyer Liqanın ilk turunda səfərdə “Simurq”un qonağı olacaq “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak qarşıdakı matçla bağlı fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, klubun rəsmi internet saytına danışan türkiyəli mütəxəssis deyib: “Yeni mövsümə start veririk. 2012-2013 futbol ilinin maraqlı və mübarizə şəraitində keçəcəyinə inanıram. Fasilə dövründə bütün çempionat iştirakçıları imkanlarını maksimum səfərbər edərək ən yaxşı heyətlərini qurmağa çalışdılar. Bu mövsüm iştirakçıların çox hissəsi əvvəlcə “ilk altılıq”, daha sonra isə Avrozonaya düşmək üçün mübarizə aparacaqlar. Bir çox komanda çempionluğa iddialıdır. Bu da 12 komandalıq çempionatda mübarizənin gərgin və çətin keçəcəyini göstərir. Bizim də yüksək hədəflərimiz var və bu hədəflərə uyğun transferlər edərək güclü heyət formalaşdırmışıq. Hazırlıq dövründən də maksimum yararlanmışıq”.

Kavlak “Simurq”un yeni mövsümün ən təhlükəli komandalarından olduğunu, amma Zaqataladan uğurlu nəticə ilə dönəcəklərinə inandığını söyləyib: “Simurq” yeni mövsümün ən təhlükəli komandalarından biridir. Yoxlama oyunlarında fiziki göstəriciləri yüksək olan və rəqibə oynamaq imkanı verməyən bir komanda olduqlarını sübut ediblər. Azərbaycan çempionatında son iki mövsümdür ki, asan oyun anlayışı qalmayıb. “Simurq”la oyun da çətin oyun olacaq. Rəqibimiz evdə mütləq qələbə qazanmaq istəyəcək. Biz də səfərdə sadəcə qələbə qazanmağı planlaşdırırıq. Zaqatalada mövsümə uğurlu start verəcəyimizə inanıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail