London-2012: Boksçumuzun qələbəsi əlindən alındı

02.08.2012 | 4612 dəfə oxunub


XXX Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan boksçusu Məhəmməd Abdülhəmidovun (56 kq) qələbəsi əlindən alınıb. Stadium.az xəbər verir ki, mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançımız yaponiyalı Şatozi Şimizuya ilə görüşdə qalib elan olunsa da, təşkilatçılar sonradan nəticəni ləğv ediblər.

İlk raundu öndə (4:2) başa vuran Məhəmməd ikinci raundda hesabı 12:5-ə çatdırmaqla, rəqibini nokdauna salıb. O, üçüncü raundda da üstünlüyünü əldən verməyib və döyüşü 22:17 hesabı ilə başa vurub. Abdulhəmidov bu qələbə ilə 1/4 finala yüksəlsə də, sonradan Hakimlər Kollegiyasının qərarına əsasən olimpiadanın rəsmi saytında yaponiyalının qalib olduğu göstərilib.

Qeyd edək ki, boksçularımızdan bunadək Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq) və Vətən Hüseynli (81 kq) mübarizəni dayandırıb.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail