London-2012: Elmar Qasımov bürüncə də həsrət qaldı YENİLƏNİB

02.08.2012 | 10284 dəfə oxunub



Bu gün London Olimpiadasında sonuncu Azərbaycan cüdoçusu tatamiyə çıxıb. Stadium.az xəbər verir ki, ən ağır çəkidə ölkəmizi təmsil edən Elmar Qasımov (100 kq) 1/16 finaldan mübarizəyə qoşulub. İlk mərhələdə Elmarın rəqibi qazaxıstanlı Maksim Rakov olub. Döyüşə saat 13:30-da start veriibk. Həmyerlimiz yarılşa uğurla start verib. O qazax rəqibini 1 yuka xalı ilə üstələyib. Elmar növbəti mərhələdə Daniel Brata (Rumıniya) - Levan Jorjoliani (Gürcüstan) cütünün qalibi ilə güləşəcək. Artıq Elmarın 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib. Cüdoçumuz 1/4 finala adlamaq üçün gürcüstanlı Levan Jorjolianini məğlub etməlidir. Gürcü idmançı əvvəlki mərhələdə Rumıniyanı təmsil edən Daniel Brataya 1 vazari balı ilə qalib gəlib. Elmar Jorjoliani önünə Bakı vaxtı ilə 14:33-də çıxıb. Sevindirici haldır ki, cüdoçumuz ikinci görüşünü də qələbə ilə başa vurub. Qasımov gürcü idmançını 1 yuka xalı ilə üstələyərək, 1/4 finala vəsiqə qazanıb. Cüdoçumuz 1/2 finala adlamaq üçün cənubi koreyalı Hee-Tae Hvanqı məğlub etməlidir. Asiyalı idmançı əvvəlki mərhələlərdə Bosniya və Hersoqovinanı təmsil edən Amel Mekiç və ukraynalı Artyom Bloşenkoya qalib gəlib. Elmar koreyalı rəqibini Bakı vaxtı ilə 15:29-da sınağa çəkib. Təəssüf ki, çüdoçumuz uğurlu çıxışını davam etdirə bilməyib. Cənubi koreyalı cüdoçu 2 yuko xalı ilə Elmarı yarımfinala hgəsrət qoyub. İndi çüdoçumuz mübarizəni təsəlliverici görüşlərdə davam etdirəcək. Bürüncə gedən yolda təmsilçimizin ilk rəqibi məlumdur. Elmar Qasımov Özbəkistan cüdoçusu Ramziddin Sayidovu sınağa çəkəcək. Sayidov ilk mərhələdə ABŞ idmançısı Kyle Vashkulatı, daha sonra isə kubalı Oreyde Despaigneni məğlub edib. Onun yarımfinala gedən yolunu Monqolustan cüdoçusu Naidan Tuvshinbayar kəsib.

Təəssüf ki, Elmarın bürünc medal arzusu elə ilk görüşdəcə puç olub. Özbək idmançı cüdoçumuzu ipponla məğlub edib. Bu isə cüdoçularımızın fiaskosunu rəsmiləşdirib. 8 idmançımızdan heç biri medal qazana bilmədi. 



  #1   Adınız: VÜQAR;   E-mail: [email protected]

03.08.2012 04:00

Ağayar Axundzadə özünə hörmət edən insandırsa istefa verməlidir.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail